68. Eksedent nədir?
A) sığorta məbləğinin şəxsi tutumdan artıq olan hissəsi
B) sığorta məbləğinin şəxsi tutumdan az olan hissəsi
C) sığorta məbləğinin şəxsi tutumdan iki dəfə artıq olan hissəsi
D) sığorta məbləğinin şəxsi tutumdan iki dəfə az olan hissəsi
E) sığorta məbləğinin şəxsi tutumun yarısı qədər olan hissəsi
69. Təkrar sığortada maliyyə risqi nədir?
A) maliyyə aktivləri ilə aparılan əməliyyatlarla əlaqədar olan risklər
B) müəssisənin istehsal etdiyi və ya aldığı məhsul və xidmətlərin realizə olunması prosesində yaranan risklərdir
C) məhsul istehsalı ilə əlaqədar risklər
D) maliyyə passivləri ilə aparılan əməliyyatlarla əlaqədar aparılan risklər
E) investisiya qoyuluşu ilə əlaqədar aparılan risklər
70. «Azərbaycan Respublikasında nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» qanuna əsasən mərkəzi sığorta ehtiyatı sığortaçıların nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən sığorta haqqlarının neçə faizi miqdarında ayırmaları hesabına yaradılır?
A) 5%
B) 4%
C) 7%
D) 3%
E) 2%
Dostları ilə paylaş: |