94. Böyrək sindromlu hemorragik qızdırmanın oliguriya mərhələsində sidikdə əsas
dəyişiklik:
A) hipoizostenuriya
B) makrohematuriya
C) massiv proteinuriya
D) urobilinuriya
E) qlukozuriya
95. Bağırsaq yersiniozunun qastrointestinal formasının klinik əlamətləri:
A) qızdırma, intoksikasiya, oynaqlarda güclü ağrı
B) tədrici başlanğıc, sağ qabırğaaltında sancışəkilli ağrı
C) zəif intoksikasiya, yaşılımtıl rəngli nəcis ifrazı
D) qəfil başlanğıc, “moruq jelesi” nəcis
E) kəskin başlanğıc, qızdırma, qarında ağrı, qusma, diareya
96. Epidemik parotitin əsas profilaktika üsuludur:
A) xəstələrin təcrid olunması
B) diri vaksinlə peyvənd
C) immunoqlobulinin yeridilməsi
D) karantin tədbirləri
E) ölü vaksinlə peyvənd
Dostları ilə paylaş: