139. Tetanusun yoluxma faktorudur:
A) torpaq
B) boyat xörək
C) təzə qan
D) insan və heyvan ekskrementləri
E) çiy su
140. Qızılcayabənzər məxmərək səpgisinin xüsusiyyətləri:
A) səpginin yalnız ovuc və ayaqaltında olması
B) səpgi yerində piqmentləşmə və qabıqlanma
C) IV-V gündən birləşməyə meyilli, rozeolez səpgi
D) 1-3 gün ərzində bədənə yayılan, kiçik ləkəli səpgi
E) səpginin yayılmasında mərhələliyin olması
141. Qızılcayabənzər məxmərəkdə dölün zədələnmə səbəbləri:
A) T-limfositlərin miqdarının azalması
B) retikulyar toxumanın hipoplaziyası
C) interferon hasilinin zəifləməsi
D) embrion hüceyrələrin mitotik aktivliyinin güclənməsi
E) embrion hüceyrələrin mitotik aktivliyinin ləngiməsi
142. Skarlatinanın retrospektiv diaqnozu üçün səciyyəvi əlaməti seçin:
A) ağ dermoqrafizmin qırmızı dermoqrafizmlə keçməsi
B) Pastia simptomunun uzun sürməsi
C) kəskin və davamlı ağ dermaqrafizm
D) ovuc və ayaqaltının qabıqlanması
E) «ovuc simptomu»nun tez itməməsi
Dostları ilə paylaş: |