256. Böyrək sindromlu hemorragik qızdırmanın hemoqrammasında xarakterik
dəyişikliklər:
A) bazofiliya, anizositoz, poykilositoz
B) normal EÇS, eozinofiliya, limfopeniya
C) eozinopeniya, EÇS azalması, neytropeniya
D) eritropeniya, leykopeniya, anizositoz
E) leykositoz, neytrofiloz, EÇS yüksəlməsi
257. Sarı qızdırmanın müalicə üsulları:
A) spesifik, seroterapiya
B) antibiotikoterapiya, kimyəvi terapiya
C) patogenetik, simptomatik
D) balneoterapiya, antibiotikoterapiya
E) etiotrop, simptomatik
258. Qızılcayabənzər məxmərəyin qızılcadan fərqli xüsusiyyətləri:
A) mədə-bağırsaq traktının zədələnməsi
B) dərinin piqmentləşməsi və kəpəkvari qabıqlanması
C) səpgilərin əvvəlcə üzdə, qulaqarxasında əmələ gəlməsi
D) III-V gündən papulez-ləkəli səpgi, onun mərhələliliyi
E) ilk gündən tez yayılan, kiçik ləkəli səpgi, konyunktivitin olmaması
Dostları ilə paylaş: |