Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
25
lərə də təsadüf edilir. Belə ki, bəzi alimlər dilçiliyin mahiy-
yətini ancaq dili elm üçün öyrənməkdə görmüşlər. Onlar
belə hesab etmişlər ki, guya dilçilik ana dilinin yaxşı öyrə-
nilməsi üçün yox, yalnız insanın necə danışmaq fəaliyyəti-
ni aşkar etmək üçündür. Əlbəttə, bu, doğru fikir deyil. Ana
dilinin dərindən öyrənilməsində
bizim elmimiz xüsusi
əhəmiyyətə malikdir. Dilin bütün hadisələri elmi cəhətdən
aydınlaşdırıldıqda, onun öyrənilməsi də bir o qədər asan
olur. Deməli, dilçilik ana dilinin düzgün dərk olunmasına,
yaxşı mənimsənilməsinə kömək edən bir elmdir. Bu elm
insanda ana dilinə şüurlu münasibət bəsləməyi aşılayır.
Məlum
olduğu kimi, insan kiçik yaşından ətrafdakılarla
ünsiyyətə nitq vasitəsilə alışır. O, dili başqasından eşidərək
bəzən qeyri-şüuri dərk edir. Belə dərketmə prosesində isə
çox zəngin xəzinə olan dilin bütün xüsusiyyətləri, incəlik-
ləri öyrənilə bilmir. Dilin bütün cəhətlərinin öyrənilməsinə
imkan yaratmaq dilçiliyin üzərinə düşür.
Ana
dilinin incəliklərini,
spesifik cəhətlərini elmi
əsasda aşkar etmək müasir dövrdə maşınla
tərcümə işi
üçün çox zəruridir. Buna görə də hazırda maşınla tərcümə
problemi dilçilik elminin qarşısında
çox böyük tələblər
qoymuşdur.
Dostları ilə paylaş: