1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə100/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   96   97   98   99   100   101   102   103   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

8. DİLÇİLİK VƏ KİBERNETİKA
Kibernetika (yunanca kybernetike – idarəetmə məharə-
ti) – idarəetmə, rabitə və informasiyanın işlənməsi haq-
qın da elmdir. Bu elm çox gəncdir. Kibernetika riyaziyyat, 
fizika, fiziologiya, psixologiya, texnika və s. elmlər əsasında 
təşəkkül tapmışdır. Kibernetikanın meydana gəlməsi tə-
biət və cəmiyyət hadisələrinin ətraflı və dəqiq öyrənilmə-
sinə səbəb olmuşdur. Bu elmin inkişafında S.L.Sobolevin, 
K.N.Berqanın, A.M.Lyapunovun, P.K.Anoxinin, A.N.Kol-
moqorovun, A.Kondratovun xidmətləri böyük olmuşdur.
Kibernetikada müasir elektron-hesablama maşınları-
nın müxtəlif növlərindən istifadə olunur. Dilçilikdə bu ma-
şınların tətbiqi nəticəsində “hesablama dilçiliyi” meydana 
gəlmişdir.
Burada həmin maşınların köməyi ilə hər hansı bir 
bədii əsərdə sözlərin işlənmə tezliyi, dilin lüğət tərki-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
178
binin müxtəlif istiqamətdə təhlili, dildə işlənən danışıq 
səsləri və fonemlərin dəqiq öyrənilməsi, cümlədə söz sı-
rası və s. dil problemləri sürətlə və dəqiqliklə öyrənilə 
bilir. Bundan başqa, elektron-hesablama maşınları mət-
ni bir dildən başqa dilə tərcümə etməkdə, qədim yazıları 
oxumaqda dilçi alimlərə yaxından kömək göstərir. Bu 
cür maşınlara “elektron dilçi” də demək olar. Monqo-
lustan, Şimali Çin və bir sıra ərazilərdə qədim kitabələ-
rin oxunmasında bu cür “elektron dilçilərin” böyük rolu 
olmuşdur.
Azərbaycan dilçiliyində kibernetikanın müasir nai-
liyyətləri tətbiq olunarkən ən müasir elektron-hesablama 
maşınlarının köməyindən Azərbaycan dilinin diaxronik 
və sinxronik istiqamətdə öyrənilməsində səmərəli şəkildə 
istifadə edilir.
9. DİLÇİLİK VƏ TEXNİKA
XXI yüzillik texnika əsridir. Müasir dövrdə elə bir 
elm olmaz ki, o, texnikanın gücü və nailiyyətlərindən 
istifadə etməsin. Başqa elmlər kimi, dilçilik də həm 
təd qiqat, həm də tədris sahəsində texnikaya müraciət 
edir. Dilçiliyin texnika elmlərilə əlaqəsi nəticəsində dil 
haqqında elmin bir sıra aktual problemləri əsaslı şəkildə 
həll olunmağa başlanmışdır. Dilçiliyin texnika elmlərilə 
zəruri əlaqəsi əsasında elmdə “mühəndis dilçiliyi” anlayı-
şı formalaşır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin