1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə101/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   97   98   99   100   101   102   103   104   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

“Mühəndis dilçiliyi” anlayışı bir sıra məsələləri əhatə 
edir. Buraya, yuxarıda qeyd edildiyi kimi, elektron hesab-
layıcı maşınlarla dilin sisteminin öyrənilməsi, avtomatik 
tərcümə və leksikoqrafiya məsələləri daxildir.
Dilin tədrisi prosesində texniki vasitələrdən istifa-
də olunması mühəndis dilçiliyində xüsusi yer tutur. İndi 
kompüter, displey və başqa maşınlar dilçilik elminin təd-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
179
qiqinə və tədrisinə sürətlə tətbiq olunmağa başlanmışdır. 
Şübhəsiz ki, dilçiliyin texnika ilə əlaqəsinin güclənməsi bu 
sahədə elmi-tədqiqat işlərinin və tədrisin inkişafına çox 
böyük təkan verir.
* * *
Müşahidələr göstərir ki, dilçiliyin başqa elmlərlə 
konkret əlaqələri get-gedə daha da artır. Bu əlaqələr dil-
çiliyin müstəqilliyinə zərrə qədər xələl gətirmir, əksinə, 
onun sürətli inkişafına səbəb olur. Buna görə də dilçiliyin 
başqa elmlərlə əlaqəsinin azalmasına, zəifləməsinə heç cür 
yol verməmək, onun zəruriliyini yüksək qiymətləndirmək 
lazımdır.


180
V FƏSİL
DİLÇİLİYİN SAHƏLƏRİ
DİLÇİLİYİN SAHƏLƏRİ ANLAYIŞI
HAQQINDA
Müasir dilçilik elmində son zamanlar diqqəti xüsusilə 
cəlb edən məsələlərdən biri dilçiliyin sahələri problemidir. 
Həqiqətən dilçiliyin sahələri və onların qarşılıqlı münasi-
bəti haqqında təsəvvür aydınlığı dilçiliyin inkişafının ha-
zırkı dövründə çox zəruridir.
Dilçiliyin sahələri problemi ilə dilçilər çoxdan ma-
raqlanmışlar. Buna görə də dilçilik elmində həmin prob-
lemə müəyyən dərəcədə toxunulmuş, bu və ya digər 
şəkildə fikir söylənilmişdir. Rus alimlərindən V.A.Boqo-
roditski özünün 1915-ci ildə çap olunmuş “Ümumi dil-
çiliyə dair mühazirələr” adlı əsərində dilçiliyi iki sahəyə 
ayıraraq demişdir: “Dilçilik, hər şeydən əvvəl, saf və 
tətbiqiyə bölünür”
1
. O, bu sahələrin hər birinin məqsəd 
və vəzifələrindən də bəhs etmişdir. Lakin deməliyik ki, 
həmin qeydlər müasir baxımdan qənaətləndirici deyildir 
və bu problem indiyə kimi də lazımi səviyyədə öz həllini 
tapmamışdır.
Dilçiliyin sahələri probleminin izahı üçün ilk növ-
bədə dilçiliyin sahələri anlayışını aydınlaşdırmaq la-
zımdır. Dilə aid elmin tərkibə ayrılmasını bildirən sahə 
termini dilçilik ədəbiyyatında bir çox müxtəlif mənalar-
1
Хрестоматия по истории русского языкознания. M., 1973, с. 438.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
181
da işlənmişdir. Bəzi alimlər sahə terminini şöbə və fənn 
terminləri ilə qarışdırmışlar. Bunun da nəticəsində səhv 
olaraq dilçiliyin fonetika, qrammatika şöbələri, eləcə də 
müasir dil, dialektologiya, dil tarixi və başqa fənləri sahə 
adlandırılmışdır.
Dilçilikdə sahə anlayışının sərhədinin nəzəri cəhət-
dən müəyyənləşdirilməsinin əhəmiyyəti böyükdür. Buna 
görə də sahə termininin öz yerində işlənməsinə ciddi əməl 
edilməlidir. Bu, hər şeydən əvvəl, elmin tələbidir. Çünki 
elm dəqiqlik tələb edir. Elmdə dəqiqlik isə, əsasən, termin 
dəqiqliyindən başlanır.
Sahə sözü şöbə terminindən daha geniş məna ifadə 
edir. Elə buna görə də bir sahəyə bir neçə şöbə aid ola bilir. 
Məsələn, nəzəri dilçilik sahəsinə fonetika, leksikologiya, se-
masiologiya və s. şöbələr daxildir.
Ümumiyyətlə, sahə termini dilçilikdə ümumi və xüsu-
si dilçiliyə də aid edilir. Dilçilikdə sahə (makrosahə) dedik-
də tətbiqi, nəzəri, xüsusi və ümumi dilçilik sahələri nəzər-
də tutulur. Dilçiliyin bu sahələrini sxemlə aşağıdakı kimi 
təsvir etmək olar.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin