Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
201
söz dili adlandırırlar. Çünki dilin xüsusiyyətləri aydın şə-
kildə işarələr sistemindən ibarət olan sözdə özünü göstə-
rir. Söz tərkibində fonemlər və morfemlər bir-biri ilə mən-
tiqi əlaqəyə girir, nitqlə təfəkkürün, dillə gerçəkliyin əlaqə-
si aydın
şəkildə əks olunur, onların bir-biri ilə qarşılıqlı
münasibətlərinin xüsusiyyətləri üzə çıxır. Ən nəhayət, söz
müxtəlif dillərin və dil qruplarının fərqli cəhətlərini aşkara
çıxaran başlıca vasitədir.
Bütün bunlar göstərir ki, söz leksikanın əsas vahidi
kimi öyrənilməli, sərhədi müəyyən olunmalı və onun dil-
də özünü göstərən bütün əlamət və xüsusiyyətləri aşkara
çıxarılmalıdır. İndiyədək sözün əsl təbiətini üzə çıxar-
maqda dilçilər yekdil fikrə gələ bilməmişlər. Bu,
sözün
mürəkkəb və özünəməxsus daxili təbiətə malik olduğunu
göstərir.
Bir sıra dilçilər (L.V.Şerba, İ.A.Boduen de Kurtene və b.)
sözün təbiətini cümlə ilə, filosoflar məfhumla əlaqəli öyrənir,
bəziləri (V.V.Vinoqradov) sözü gerçəkliyə münasibətinə görə
müəyyənləşdirməyə çalışırlar.
Sözü müstəqil və bütövlü-
yünə görə, qrammatik, fonetik və semantik tutumuna görə
də müəyyənləşdirmək cəhdlərinə rast gəlinir.
Əslində, hər hansı bir dilə məxsus söz tiplərinin müxtə-
lifliyinə ən sadə və tipik misallar göstərmək də mümkün-
dür. Məsələn,
“Bayırda onun həzin və məlahətli səsi eşidilirdi”
cümləsində yeddi söz işlənmişdir. Lakin bu sözlərin hamı-
sı cümlədə fikrin ifadəliyinə eyni dərəcədə xidmət etmir.
Burada əsas fikri
”Onun səsi eşidilirdi” cümləsi ilə vermək
olar. Göründüyü kimi, burada üç söz iştirak edir.
Bayırda,
həzin və məlahətli sözlərini cümləyə daxil etməklə məna tu-
tumu daha da zənginləşdirilmişdir. Bu cümlədə işlənən
və
ayrılıqda heç bir məna bildirməyən dil vahididir. Həmin
cümlədə isə iki söz arasında məna əlaqəsi (həzin və mə-
lahətli) yaradır.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
202
Cümlədə sözlər çoxmənalılığına
görə də bir-birindən
fərqlənir. Məsələn,
“O məni gördü” cümləsində
o əvəzliyi ol-
duqca müxtəlif mənalar ifadə edə bilir.
O dedikdə, burada in-
san (kişi və ya qadın, oğlan və ya qız) və ya
heyvan (it, pişik, at,
quş, inək və s.) nəzərdə tutula bilər. Belə olduqda həmin sözün
mənası
cümlə daxilində deyil, mətn daxilində aşkara çıxır.
Göstərilən dil faktları bir daha sübut edir ki, söz ol-
duqca mürəkkəb təbiətə malik bir dil vahididir. Onu lek-
sikanın başlıca vahidi kimi tədqiqata cəlb etmək, dildəki
əsas vəzifələrini müəyyənləşdirmək, müxtəlif leksik vari-
antlarını aşkara çıxarmaq və bu əsasda təsnif etmək dilçili-
yin ən vacib problemləridir.
Dostları ilə paylaş: