Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
203
Dildə elə söz qrupları da vardır ki, onlar olduqca dar,
məhdud mənalarda əşya və hadisələrin adını bildirir. Bu
sözlərdə ümumiləşdirmə funksiyası olduqca zəif çıxış edir.
Məsələn,
Araz, Kür (çay adları),
Savalan, Qoşqar (dağ ad-
ları)
Şəmkir, Gədəbəy, Saatlı (rayon adları),
“Dilçilik”,
“Onomastika”, “Türkologiya”, “Qobustan” (jurnal adları)
və s. sözlər dar mənada konkret ad bildirir.
Dildə ümumi sözlərdən xüsusi sözlərin əmələ gəlməsi
və ya əksinə olan proses sözün vəzifəsini də dəyişir.
Belə
hal dildə həm söz,
həm də termin kimi işlənən
sözlərdə daha çox baş verir. Məsələn,
güc sözü fiziki termin
kimi işləndikdə nominativ vəzifə, ümumi söz kimi işləndik-
də isə ümumiləşdirmək vəzifəsini daha çox ifadə edir.
Dostları ilə paylaş: