Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
204
Dilçilikdə ən mübahisəli tədqiqat sahələrindən biri
nitq hissələrinin təsnifidir.
Bu məsələ indiyə qədər həll
olunmamış qalır.
Dilçilikdə sözlərin məna əsasında təsnifi də böyük
maraq doğurur. Burada sözlər oxşarlığa və qarşılıqlığa
görə semantik birlik əsasında təsnif olunur. Məsələn,
hey-
vanat aləmi adı altında külli miqdarda sözlər birləşir. Bu
cəhətdən dildə çoxlu miqdarda söz qrupları mövcuddur.
Leksik-semantik qruplar əsasında
təsnif müxtəlif is-
tiqamətdə aparılır:
İlkin və törəmə sözlər;
Qohum sözlər;
Ümumi və xüsusi sözlər;
Qədim və yeni sözlər;
Köhnəlmiş sözlər;
Kommunikativ və ekspressiv sözlər;
Saf və hibrid sözlər;
Mənşəcə doğma və alınma sözlər və s.
Dostları ilə paylaş: