Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
230
Bu parçada
“gözüm su içməyir” frazeoloji qovuşmadır.
Çünki tərkibə daxil olan
“göz”, “su” və
“içmək” sözlərinin heç
biri öz həqiqi mənasında işlənməmişdir. Həmin sözlər veril-
miş tərkibdə birləşərək
“şübhələnmək” mənasını ifadə edir.
Frazeoloji qovuşmanın
əsas əlaməti onun semantik
cəhətdən bütövlüyüdür. Dilçilikdə bu tip frazeoloji vahid-
lər
idiom da adlanır.
Azərbaycan xalq danışığı frazeoloji qovuşmalarla
zəngindir. Məsələn:
“çənə döymək”, “baş aparmaq”, “quyruq
bulamaq”, “su bulandırmaq”, “pişiyini ağaca dırmaşdırmaq”,
“əli ətəyindən uzun”, “ağ qızıl”, “qara qızıl” və s.
Dostları ilə paylaş: