1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə139/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   135   136   137   138   139   140   141   142   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

3. MORFEMLƏRİN TİPLƏRİ
Morfemlər söz tərkibindəki funksiyasına görə iki cür 
olur: a) kök morfem; b) budaq morfem.
Kök morfemlər müstəqil, budaq morfemlər isə asılı 
xarakterə malikdir. Məsələn, “musiqi-çi”, “ağıl-lı”, “dil-
li”, “son-uncu”, “gün-lük” sözlərinə nəzər yetirək. Burada 
“musiqi”, “ağıl”, “dil”, “son”, “gün” kök morfem olduq-
ları üçün müstəqildir, onların hər biri ayrılıqda müəy-
yən leksik məna bildirir. Lakin həmin sözlərin tərkibin-
də olan -çı, -lı, -li, -uncu, -lük budaq morfemləri isə kök 
morfemlərdən asılı vəziyyətdədir. Buna görə də budaq 
morfemlər yalnız kök morfemə qoşulduğu zaman məna 
əmələ gətirə bilir. Müstəqil və qeyri-müstəqil olmasına 
görə dilçilikdə morfemlər üç məna tipinə ayrılır: a) real 
mənalı morfem; b) derivativ mənalı morfem; c) relyativ 
mənalı morfem.
1) Real mənalı morfemlər müstəqil surətdə məfhum-
ları ifadə edə bilir. Kök morfemlər real mənalı morfemlər-
dir. Məsələn: ağac-lar, dəmir-çi, daş-lıq, duzsuz və s. Bu mi-
sallarda “ağac”, “dəmir”, “daş”, “duz” real mənalı morfem-
lərdir. Çünki onlar heç bir şəkilçi qəbul etmədən müəyyən 
anlayış, məfhum bildirir.
2) Derivativ mənalı morfem artırıldığı söz kökündə 
əlavə məna əmələ gətirir. Buraya, əsasən, sözdüzəldici şə-
kilçilər daxildir. Məsələn: dad-lı, dad-sız, yaz-ı-çı-lıq, oxu-cu, 
hesab-layıcı.
Bu sözlərə artırılan derivativ mənalı morfemlərin 
hamısı, göründüyü kimi, əlavə leksik mənalar əmələ gə-
tirmişdir. Belə halda tamamilə qrammatik məna dəyişir. 
Məsələn, “dad” isimdir, “dadsız”, “dadlı” sifət, “yaz(maq)” 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
241
feildir, “yazı”, “yazıçı”, “yazıçılıq” – isim, “oxu(maq)” feildir, 
“oxucu” isim, “hesab” isimdir, “hesabla(maq)”feil və s.
3) Relyativ mənalı morfemlər sözlər arasında qram-
matik münasibət yaradır. Buraya, əsasən, sözdəyişdirici 
şəkilçilər daxildir. Məsələn, hal, mənsubiyyət, cəm, şəxs 
sonluğu, zaman şəkilçiləri relyativ mənalı şəkilçilər hesab 
olunur. Məsələn, “Universitetin rektoru saat onda kabinetinə 
daxil oldu” cümləsində “rektor” sözünün tələbinə görə “uni­
versitet” sözü yiyəlik hal şəkilçisi (­in), “universitet” sözü-
nün tələbinə görə “rektor” sözü III şəxs tək mənsubiyyət 
şəkilçisi (­u), “daxil oldu” xəbərinin tələbinə görə “on” sayı 
yerlik hal (-da), “kabinet” ismi isə yönlük hal () şəkilçilə-
rini qəbul etmişdir. Sözlər arasında bu qrammatik müna-
sibətlər olmasa, fikri başqasına çatdırmaq çətinləşə bilərdi.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin