Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
284
rafiyasının aparıcı prinsipi fonetik, rus orfoqrafiyasındakı
morfoloji
1
, ingilis orfoqrafiyasındakı isə ənənəvi prinsip
hesab olunur.
Aparıcı prinsiplər daimi və stabil deyil. Belə ki, bu və
ya başqa yazıdakı aparıcı prinsipi müəyyən dövrdən sonra
başqa prinsip əvəz edə bilir. Bu təbii hala, mütəxəssislərin
yazdıqlarına əsasən, Birma orfoqrafiyasını misal göstər-
mək olar; qədimdə Birma orfoqrafiyası üçün aparıcı prin-
sip fonetik prinsip hesab olunurdu, lakin son dövrlərdə
onu ənənəvi prinsip əvəz etmişdir.
Mənimsənilməsinə az qüvvə sərf olunan orfoqrafiya
asan və yaxşı hesab edilir. Lakin həddindən çox “qaydala-
rı” və “müstəsnaları” olan orfoqrafiya çətin olduğu üçün
müsbət xarakterizə edilmir.
Dostları ilə paylaş: