Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
309
Nə üçün dil bioloji hadisə deyil? Dilin ictimai zərurət əsa-
sında yarandığını hələ antik dövrün filosofları söyləmişlər.
XIX əsrin əvvəllərində isə bu nəzəri müddəa xüsusi vüsət
almışdır. Məşhur alman alimi
Vilhelm Humboldt dilin tələ-
bat əsasında meydana çıxdığını əsaslı sübut etməyə çalış-
mışdır. Bunlarla bərabər, XIX əsrin ortalarında təbiətşünas-
lığın inkişafı və təsiri nəticəsində dilçilikdə bioloji ideya da
meydana çıxmışdır. Həmin ideyanın baniləri və tərəfdar-
ları səhvən dilin bioloji təbiətli olduğunu göstərməyə cəhd
etmişlər. Bu müddəanın yanlışlığını sübut etmək üçün, hər
şeydən əvvəl, dilin irs, irq və canlı orqanizmlə əlaqəsinin
olub-olmamasını aydınlaşdırmaq lazımdır.
Dil və irs
Məlumdur ki, insanlarda bir çox cəhətlər irsi səciyyə
daşıyır. Lakin ictimai zərurət nəticəsində meydana çıxan dil
irsi ola bilməz. Dili irsi məsələlərlə qarışdıranların
fikrinə
görə, guya görmək, yemək və s. kimi, dil də təbiətən irsidir.
Buna görə kiçik uşaq heç bir şərait və mühitdən asılı olma-
yaraq, bioloji qanunlar əsasında
inkişaf etdiyi, böyüdüyü
və yeridiyi kimi də danışır. Bu ideyanı müdafiə etmək üçün
dilə bioloji münasibət bəsləyənlər hətta bütün xalqların “va-
hid uşaq dili” olduğunu da iddia etmişlər
1
. Şübhəsiz ki, bu
ideyaların
hər ikisi səhvdir, qeyri-məntiqidir.
Əvvəla deməliyik ki, dili anadangəlmə hesab edənlər
məsələnin mahiyyətini düzgün anlaya bilməmişlər. Hər
şeydən əvvəl, dilin cəmiyyətdə öyrənildiyini unutmuşlar.
Məlumdur ki, hər bir uşaq dili cəmiyyətdə mənimsəyir.
Buna görə də əgər dil açmamış
körpə uşaq insan cəmiyyə-
tindən kənarda qalsa, o, qaçmağı, tullanmağı, gizlənməyi
və hətta bəzi heyvanlar kimi səs çıxarmağı bacaracaq, lakin
1
A.A.Реформатский. «Введение в языкознание». M., 1955.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
310
ona dil öyrədən olmadığı üçün danışmayacaqdır. Bunu
heyvanlar arasına düşmüş uşaqların həyatı aydın
sübut
edir
1
. İndiyə kimi 40-a qədər belə hadisə olmuşdur. Bun-
lardan biri Hindistanda canavarlar arasında yaşamış iki
qız haqqındakı məlumatı xatırlayaq.
Dostları ilə paylaş: