1. ÜMumi DİLÇİLİk I indd


Dilin ictimai hadisələr arasında mövqeyi



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə185/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   181   182   183   184   185   186   187   188   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Dilin ictimai hadisələr arasında mövqeyi
Bizə məlum olduğu kimi, müxtəlif ictimai hadisələr 
bazislərə
3
üstqurumlara aid olub, onların əsasında 
müəyyənləşir. Bazis cəmiyyətin inkişafının müxtəlif dövr-
lərdə iqtisadi quruluşudur. Üstqurum isə onun siyasi və 
digər görüşləridir. Hər bir bazisin özünəməxsus üstqu-
rumu vardır. Bu üstqurum bir sıra ictimai hadisələrdən 
ibarət olur. İctimai hadisələr cərgəsinə cəmiyyətin həm si-
yasi baxışları, həm də hüquqi, fəlsəfi görüşləri... daxildir. 
Bununla bərabər, “cəmiyyətin estetik tələblərini ödəyən 
incəsənət və həmçinin ədəbiyyat da buraya aiddir”.
1
Yenə orada.
2
Б.Косивский. «Общее языкознание». Минск, 1969, c. 33-34.
3
“Bazis” (basis) mənşəcə yunan sözüdür, “əsas, bünövrə, özül” mənasını ifadə edir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
321
Bəs dil bunlardan, yəni bazis və üstqurumdan hansına 
daxildir? Alimlərin dedikləri kimi, indiyədək dili heç kəs 
bazisə aid etməmişdir. Lakin bəzi alimlər dili üstqurum 
hadisəsi kimi xarakterizə etmişlər. Onlar ictimai hadisələ-
rin incə fərqinə varmadan, səciyyəvi xüsusiyyətlərinə daha 
diqqətlə nəzər yetirmədən bütün ictimai hadisələri ancaq 
iki növə – bazis və üstquruma görə təsnif etmişlər. Dili də 
ikinci qrup hadisələrə oxşadıb onların cərgəsində göstər-
mişlər. Dili üstqurum hesab edən dilçi və ya filosoflar belə 
bir nəticəyə gəlmişlər ki, guya bazis və üstquruma məxsus 
olmayan ictimai hadisə yoxdur və buna görə də dil mütləq 
bunlardan birinə aid edilməlidir. Bu müddəa elmi cəhət-
dən doğru deyil. Elə buna görə də dil haqqında bir sıra 
qeyri-məntiqi baxışlar meydana çıxmışdır.
Elm sübut etmişdir ki, dil nə bazisdir, nə də üstqurum-
dur. Çünki dil spesifik ictimai hadisədir. İctimai hadisələr 
sırasında o, xüsusi mövqeyə malikdir. Bu onun başqa icti-
mai hadisələrdən əlamətdar cəhətlərinə görə fərqlənməsi 
ilə müəyyən edilir. Bir cəhəti xatırlayaq. Məlumdur ki, dil 
ictimai sahədəki hər bir dəyişikliyi özündə əks etdirməyə 
qabildir. Bu xüsusiyyət onu başqa ictimai hadisələrdən 
əsaslı surətdə fərqləndirir. Lakin ədəbi dildə üstqurum-
luq əlaməti də vardır. Ədəbi dil, məlumdur ki, süni olaraq 
müəyyən normalara tabe edilir, dövrün tələblərinə uyğun 
gəlməyən söz və ifadələr ondan uzaqlaşdırılır. Bu xüsu-
siyyət, adətən, ədəbi dildə üstqurumluq əlaməti kimi izah 
edilir. Lakin bu əməliyyatı xalqın danışıq dilində həyata 
keçirmək mümkün deyildir. Ona görə də dili üstqurum 
hesab etmək elmi cəhətdən yanlışdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
322

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin