1. ÜMumi DİLÇİLİk I indd


Güzgü siqnalları ilə ünsiyyət



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə195/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   191   192   193   194   195   196   197   198   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Güzgü siqnalları ilə ünsiyyət. Bu, gündüz siqnalla-
rıdır. Belə siqnallardan Şimali Amerika hindiləri istifadə 
edirlər. Mövcud elmi ədəbiyyatlarda göstərilir ki, Amerika 
etnoqrafı Riken hindi tayfalarının öyrənilməsi, tədqiqi ilə 
məşğul olarkən bəzi tayfaların güzgü siqnalları ilə “danış-
dıqlarının” şahidi olmuşdur. O yazır ki, tədqiqat zamanı 
hindi tayfaları dəstələri ilə görüşmüş, söhbətlər aparmış və 
nəhayət, başqa tayfalarla görüşmək üçün vadiyə enməli ol-
muşlar. Bu zaman onun yanındakılar kiçik güzgü parçası-
nı günəş tərəfə tutub, əks-şüa vasitəsilə dərədəki tayfalara 
siqnallar vermişlər. Həmin anda vadidəki tayfa da cavab 
siqnalları göndərmişdir. Beləliklə, hər iki tərəf güzgü siq-
nalları – “günəş dovşanları” vasitəsilə “danışmışdır”.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
340
İşıq siqnalları ilə ünsiyyət. Məlumat verməkdə işıq 
siqnallarının da xüsusi rolu vardır. Məsələn, reklamlar, işıq-
for, semafor, fişəng siqnalları müəyyən anlayış ifadə edir.
Siqnallar ancaq optik yox, akustik də ola bilir. Məsələn, 
məktəb zənginin, yanğın və təcili yardım maşınlarının siq-
nalları və s. akustik siqnallardır. Ümumiyyətlə, akustik 
siqnallar çox rəngarəngdir.
Bütün bu deyilənlərdən aydın olur ki, cəmiyyətdə möv-
cud olan ünsiyyət vasitələrinin hamısı eyni imkan və xüsu-
siyyətlərə malik deyil. Buna görədir ki, ünsiyyət vasitələri 
əsas və ya başlıca, əlavə, ya köməkçi qruplara bölünür. Bun-
lardan dilin əsas və ya başlıca olduğunu müəyyən etmək 
üçün bir neçə müqayisəyə nəzər yetirmək kifayət edər.
1) Səsli dil universal vasitədir. Başqa vasitələrdən fərq-
li olaraq, dil insan fəaliyyətinin hər bir sahəsini əhatə 
edir. Dilin bu əlaməti onun başlıca vasitə olmasını 
şərtləndirən xüsusiyyətlərdən biridir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin