1. ÜMumi DİLÇİLİk I indd


) Dil geniş dairədə işlənilən vasitədir



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə196/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   192   193   194   195   196   197   198   199   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

2) Dil geniş dairədə işlənilən vasitədir. Kollektivin hər 
bir üzvü bu ünsiyyət vasitəsinə müraciət edir. Anor-
mal adamlar nəzərə alınmazsa, demək olar ki, yer 
üzündə dildən istifadə etməyən heç bir şəxsə rast 
gəlmək olmaz. Dil bütün cəmiyyətin malıdır. Lakin 
başqa vasitələrdən, o cümlədən yazıdan belə hamı is-
tifadə edə bilmir. Yazının sirlərinə bələd olmayan in-
san dünyada az deyil.
3) İnsanların adi dili hər cür şəraitdə işlənir. Başqa akus-
tik və optik vasitələr isə xüsusi şərait və imkan tələb 
edir. Belə ki, kağız, qələm və başqa material olmadan 
fikri ifadə etmək üçün nə yazmaq, nə də rəsm çəkmək 
olar. Yaxud, xüsusi çalğı alətləri olmadan insan qəlbi-
ni ələ alan gözəl musiqi də yaratmaq olmaz. Deməli, 
bunlar üçün xüsusi şərait lazımdır. Lakin dil ünsiy-
yətində heç bir vəsait, şərait gərək deyildir. Burada 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
341
ancaq danışıq üzvləri fəaliyyət göstərir ki, bunlar da, 
təbii olaraq, insan orqanizmində mövcuddur.
4) Dil müstəqil ünsiyyət vasitəsidir. Lakin digər akustik 
və optik vasitələrin hər biri səsli dildən asılıdır. Bunlar 
öz asılılığı ilə dilin rəqibi olmayıb, ona köməkçidirlər.
Nəhayət, qeyd etməliyik ki, bütün vasitələrdən dil ün-
siyyəti daha əlverişlidir. Başqa vasitələr ünsiyyət üçün dil 
qədər gərəkli deyil və bunların heç biri dilin rolunu əvəz 
edə bilmir. Dil həm fikirləşmə və həm də fikri təcəssümetdirmə 
vasitəsidirDigər vasitələr isə ancaq fikrin təcəssüm olun-
masına xidmət edir. Buna görə də dil əsas və başlıca ünsiyyət 
vasitəsidir.
3. DİLİN VƏZİFƏLƏRİ
Dil insanlar arasında mühüm ictimai vəzifə daşı-
yır. Dilin köməyilə insanın bütün fikri fəaliyyəti yaranır. 
Ümumi ictimai vəzifə ilə əlaqədar dilin iki spesifik vəzifəsi 
mövcuddur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin