Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
346
cəmiyyətin vahid deyil, siniflərə bölündüyünü nəzərə ala-
raq, cəmiyyət üçün vahid dilin olmasını zəruri hesab etmə-
mişlər
1
. Bunun əsasında isə cəmiyyətin bütün siniflərinin
və o cümlədən burjuaziyanın və proletariatın müstəqil sin-
fi dili olduğunu sübuta yetirməyə cəhd göstərmişlər. Eyni
zamanda, bu nəzəriyyənin tərəfdarları
dilin ideoloji xa-
rakter daşımayıb, hər cür fikrin məzmununu ifadə etmək
vasitəsi olduğunu da nəzərə almamışlar
2
. Bütün bunların
nəticəsində dilin təbiəti haqqındakı fikirlərdə böyük səhvə
yol vermişlər.
Dilin sinfiliyi nəzəriyyəsinin tərəfdarları dil hadisələ-
rini son dərəcə vulqarlaşdırmışlar. Məsələn, N.Y.Marr belə
hesab etmişdir ki, guya eyni xalqın ayrı-ayrı siniflərinin
dili bir-birindən fərqlidir. Buna görə də bir xalqın kəndli-
si həmin xalqın zadəganının danışdığını başa düşmür. Bu
fikrin doğru olmadığını göstərən
konkret bir nümunəyə
nəzər yetirək. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xa-
ni-Lənkəran” (XIX əsr) əsərində bir-birinə zidd olan sinif-
lərin nümayəndələri danışdırılır.
“
Ərizəçilərdən birisi: – Xan, başına dönüm ərzim var!..
Xan: – Kişi, de görüm, ərzin nədir?
Əvvəlimci ərizəçi: – Xan, başına dönüm, bu gün atımı çaya
suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi
qabaqdan gəlirdi; çağırdım, a kişi, Allah xatiri üçün bu atı qay
tar. Əyilib bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə
dəyib töküldü. İndi at məsrəfdən çıxıbdır; diyəsini istəyirəm, ver
mir; mənim ilə cəngü cədəl edir.
Xan (ikinci ərizəçiyə): – A kişi, belədir?
İkinci ərizəçi: – Başına dönüm, belədir, amma mən qəsdən
daş atmamışam.
1
A.A.Реформатский. Введение в языкознание. M., 1967, c. 15.
2
Общее языкознание, M., 1970, с. 129.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
347
Xan: – Pərpuç danışma; qəsd olmasa, necə daşı götürüb at
maq olar?! Sənin də atın varmı?
İkinci ərizəçi: – Vardır, başına dönüm.
Xan (əvvəlimcə ərizəçiyə): – A kişi, sən də get, vur bunun
atının bir gözün çıxart”.
Bu danışıqda, yəni xanla kəndlilərin dialoqunda ay-
dınlıq baxımından fərq varmı?
Göründüyü kimi, onlar
bir-birini çox aydın başa düşürlər.
Dildə sinfiliyi müdafiə edənlər sinfilik anlayışını
qrammatik materiallar əsasında sübut etməyə çalışmışlar.
N.Y.Marr nitq hissələrinin hallanmasını sinfi adlan-
dırmış və adlıq halı
tabe edən, digər halları tabe olunan
hesab etmişdir. Eləcə də cümlə üzvlərində sinfilik əlaməti
axtarmış, baş üzvləri hakim təbəqəyə, ikinci dərəcəli üzv-
ləri isə məhkum təbəqəyə oxşatmış, cümlə üzvləri arasın-
dakı uzlaşmanı sinfi əlamət kimi qiymətləndirmişdir.
Bir məsələni unutmaq olmaz ki,
cəmiyyətin siniflərə
bölünməsi dilə bu və ya digər cəhətdən təsir edir, lakin
heç vaxt dili sinfi xarakterli hadisəyə çevirə bilmir. Siniflər
dildən öz mənafeləri üçün istifadə edirlər, onlar dilə həyat
tərzləri, məqsəd və amalları ilə əlaqədar öz söz və ifadələri-
ni daxil edirlər. Məsələn, yuxarı təbəqənin nümayəndələri
bir çox hallarda mənası geniş kütləyə aydın olmayan əcnə-
bi söz və ifadə işlədirlər. Zəhmətkeş kütlə isə dilə əməyin
müxtəlif sahələri ilə bağlı leksik ünsürlər gətirir və s. Bunlar
heç də iki zümrəyə aid nümayəndələrin xüsusi dili oldu-
ğunu şərtləndirmir.
Hər bir xalqın ancaq vahid ümumi dili olur. Bu dil ya-
randığı zamandan etibarən, xidmət etdiyi cəmiyyət üzvləri
arasında heç bir fərq qoymadan
bütün üzvlər üçün eyni
dərəcədə ünsiyyət vasitəsi rolunu daşıyır. Deməli, dil öz
təbiətinə görə sinfi deyildir və bu, onun əlamətdar spesifik
cəhətlərindəndir.