Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
352
mənşəyi məsələsi ilə Avropanın bir sıra ölkələrinin, o cüm-
lədən İngiltərənin, Almaniyanın, Fransanın görkəmli şəx-
siyyətləri məşğul olmuşlar.
XIX əsrdə isə bu mühüm məsələ bir çox elm sahələrini
özünə cəlb etmişdir. Buna görə də dilin mənşəyi müxtəlif
elmlərdə tədqiqat obyekti olmuşdur;
tarixçilər, etnoqraf-
lar,
psixoloqlar, antropoloqlar və başqaları da müəyyən
fikir söyləməyə cəhd göstərmişlər.
Dilin əmələ
gəlməsinin tədqiqi məsələsində, əsasən,
iki qüsura yol verilmişdir. Bunlardan biri dilin həmin
probleminin dilçiliyə aid edilməməsi,
digəri isə dilin mən-
şəyi məsələsi ilə dillərin yaranması məsələsinin qarışdırıl-
ması haqqındakı fikirlərdir.
Birinci fikrin tərəfdarları dilin mənşəyi məsələsinin
dilçiliyə
aid olduğunu qəti inkar edərək, bunun fəlsəfə,
antropologiya və sair elmlərə məxsus olduğunu göstərmiş-
lər. Bu problemi hətta bəzi dilçilər də dilçilikdən kənarda
hesab etmişlər. Məsələn, fransız dilçisi
Vandriyes 1914-cü
ildə tamamladığı “
Dil” adlı əsərində yazırdı: “Deyiləndə
ki, dilin mənşəyi
problemi dilçiliyə aid deyildi, bu, hə-
mişə təəccüb doğurur. Əslində, bu, bir həqiqətdir”
1
. Yaxud
Amerika dilçisi
Eduard Sepir özünün 1921-ci ildə yazdığı
“
Dil” adlı əsərində dilin mənşəyinin qoyuluşunu dilçilik
elmi üçün maraqlı hesab etmir; bu məsələnin ancaq filosof-
ların öhdəsinə verilməsini lazım bilir
2
.
Dilin mənşəyi məsələsinin
dilçilikdən kənar məsələ
olduğunu söyləyənlər, şübhəsiz ki, bu problemin son dərə-
cə çətin və çoxcəhətli olduğuna əsaslanmışlar. Dilin əmələ
gəlməsi nə qədər çətin və mürəkkəb olsa da, bunu dilçili-
yin problemləri sırasından xaricdə düşünmək olmaz. Çün-
1
Ж.Вандриес. Язык (Лингвистическое введение в историю). M., 1937, c. 19.
2
Bax: Эдуард Сепир. Язык (Введение в изучение речи) M.-Л., 1934, c. 121.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
353
ki dil dilçilik elminin obyektidir. Buna görə də dilin mən-
şəyi və inkişafının materialist mövqedən işıqlandırılması
müasir dilçiliyin böyük və mühüm problemlərindəndir.
Dilçilik bu problem sahəsində çox işlər görmüş, son illər-
də yeni-yeni faktlarla daha da zənginləşmişdir. Bununla
bərabər, insanın bütün danışıq orqanları və bunların qu-
ruluşu,
xüsusiyyətləri, səsin yaranmasındakı rolu və və-
zifəsi tədqiq edilmişdir. Dilin mənşəyinə, formalaşması və
inkişafına onlarca elmi əsər həsr edilmişdir. Buna baxma-
yaraq, bu problem hələ də tədqiq olunur. Burada bir çox
elmlərin köməyinə böyük ehtiyac vardır. Buna görədir ki,
tarix, psixologiya, etnoqrafiya, fəlsəfə, coğrafiya və başqa
elm sahələri də dilin mənşəyi məsələsi ilə məşğul olur.
Şüb həsiz ki, dilin əmələ gəlməsinin tam həqiqi və elmi şər-
hi məhz müvafiq elmlərin qarşılıqlı tədqiqatları əsasında
mümkün olacaqdır.
Müasir dilçilikdə dilin mənşəyi dillərin əmələ gəlməsi
problemi ilə qarışdırılmır. Lakin vaxtilə bəzi alimlər “dilin
əmələ gəlməsi” anlayışını
müxtəlif mənada başa düşüb,
insanın necə danışmasını ayrı-ayrı konkret dillərin əmələ
gəlməsinə aid etmişlər. İnsanın necə danışmağa başlama-
sının tarixi insanın özü qədər qədimdir. Lakin müxtəlif dil-
lərin yaranmasının minillik və ya az tarixi vardır. “Buna
görə də bizə məlum olan dillərin heç biri insan danışığının
nə vaxt yarandığını bildirmir”
1
.
Deməli, dilin və dillərin mənşəyi başqa-başqa
məsələlərdir. İndi dilin əmələ gəlməsinə dair çox geniş ya-
yılmış bəzi nəzəriyyələri nəzərdən keçirək.
1
Б.Косовский. Общее языкознание. Минск, 1968, c. 74.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
354
Dostları ilə paylaş: