Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
359
ruq hesab eləyib atıldı, şappıltı ilə quyunun dibinə düşdü
(
“Azərbaycan nağılları”).
Körpə uşaqlar da təqlidi sözə meyil edirlər; məsələn,
onlar, adətən, it əvəzinə
hav-hav, cücə əvəzinə
cib-cib kimi
sözləri işlədirlər.
Dilin əmələ gəlməsinə dair səs təqlidi nəzəriyyəsinin
ayrı-ayrı əsrlərdə çoxlu tərəfdarları olmuşdur. Bu nəzəriyyə
XVII əsrdən başlayaraq daha da geniş yayılmış və inkişaf
etdirilmişdir. Həmin əsrin sonu və XVIII əsrin əvvəllərin-
də alman mütəfəkkirlərindən Q.Leybnits bu nəzəriyyənin
prinsiplərini qızğın müdafiə etmişdir. O, müxtəlif dəlillərlə
dilin səs təqlidi əsasında əmələ gəldiyini sübut etməyə çalış-
mışdır. Hazırda bir sıra xarici ölkələrdə bəzi dilçilər və eləcə
də dillə maraqlanan bir çox filosof alimlər dilin mənşəyinə
dair səs təqlidi nəzəriyyəsini əsas nəzəriyyə hesab edirlər.
Bu nəzəriyyənin müasir tərəfdarları antik dövrün səs təqlidi
müddəalarından heç cür ayrıla bilmirlər.
Dostları ilə paylaş: