1. ÜMumi DİLÇİLİk I indd


Dilin yaranmasına dair nidalar nəzəriyyəsi



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə204/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   200   201   202   203   204   205   206   207   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

2. Dilin yaranmasına dair nidalar nəzəriyyəsi
Dilin əmələ gəlməsinə dair nidalar nəzəriyyəsi qədim 
Yunanıstanda meydana çıxmışdır. Bu nəzəriyyənin ba-
niləri epikürçü-filosoflardır. Nidalar nəzəriyyəsi dilçilik-
də “Fu-fu nəzəriyyəsi” də adlandırılır. Bu ad ona son təd-
qiqatçılar tərəfindən rişxəndlə verilmişdir.
Nidalar nəzəriyyəsinə görə, dil ilk insanların şərait və 
vəziyyətindən asılı olaraq, ağrı və qorxu, təəccüb və sevinc 
nəticəsində çıxardıqları qeyri-iradi emosional səslərdən 
əmələ gəlmişdir. Guya ibtidai insanlar öz hiss və həyəcan-
larını, əhvali-ruhiyyələrini, müəyyən şey haqqında təsəv-
vürlərini başqasına bildirmək üçün səslər çıxarmışlar, 
həmin səslərə get-gedə müxtəlif mənalar vermişlər. Eyni 
zamanda, bunlardan yeni-yeni sözlər törəmiş və nəticədə 
dil yaranmışdır. Bu nəzəriyyənin tərəfdarları belə bir qəri-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
360
bə fikir də söyləmişlər ki, guya incə səsli nidalar xoş əhva-
li-ruhiyyənin, sevinc və şadlığın, qalın səsli nidalar isə bəd 
təəssüratların ifadəsinə xidmət edir.
Nidalar nəzəriyyəsi istər əvvəllərdə, istərsə də son 
dövrlərdə geniş yayılmışdır. Onu dilin mənşəyi üçün ye-
ganə nəzəriyyə hesab edənlərin miqdarı müxtəlif ölkələr-
də getdikcə artmışdır.
Dilin əmələ gəlməsinə dair nidalar nəzəriyyəsinin qü-
surlarını aşağıdakılarla xülasə etmək olar:
1. Başqa söz təbəqələrinə nisbətən dildə ay, ax, oho, bəh, 
vay, bıy, aha, uy, paho və sair kimi sözlər, demək olar ki, 
təqlidi sözlərdən də azdır, miqdarca bu dərəcədə az 
olan söz heç vaxt dildəki on minlərlə sözün mənşəyi 
üçün bünövrə təşkil edə bilməz.
2. Dildə nidalar müstəqil sözlər kimi nə konkret leksik, nə 
də qrammatik məna ifadə edir. Məsələn: “Ey şahidi-qeyb 
pərdədarı, fikrin küli-mərifət baharı” (M.Füzuli). “Ah, 
yenə bu fikir beynimi dəlir, məni bir an rahat qoy-
mur” (S.S.Axundov). “Uy, bizdən nə istəyirsiniz, niyə 
gəlmisiniz” (S.S.Axundov). Buradakı ey, ah, uy sözlə-
ri leksik məna yox, ancaq hiss və həyəcan ifadə edir. 
Nəzəri dilçilik çoxdan sübut etmişdir ki, nidalar dildə 
əsas sözlər deyildir. Buna görə də nidalar tarixən bu 
və ya başqa sözlərin yaranmasına əsas verə bilməzdi. 
Doğrudan da, əgər nidalar belə bir imkana malik ol-
saydı, şübhəsiz, indi əsas sözlər sırasında durardı.
3. Nəhayət, qeyd etmək lazımdır ki, nidalar nəzəriyyə-
sinin ən böyük qüsuru dilin kommunikativ vəzifəsinə 
istinad etməməsində özünü göstərir.
Əlbəttə, dildə nidaların da rolunu tamamilə azaltmaq 
olmaz. Dil üçün bunlar da xüsusi əhəmiyyətə malik vahid-
lərdir, hətta, təbii olaraq, nidalar milli dillərdə müxtəlifdir. 
Məsələn, rus dilində olan “ага”, “увы”, “фу” nida sözlə-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
361
ri həmin dil, “bəh-bəh”, “paho” nidaları isə bizim dilimiz 
üçün xarakterikdir. Yaxud rus dilində “ай” ağrı bildirən ni-
dadır, bizim dildə isə həmin hissi “oy” nidası bildirir, “ay” 
nidası isə Azərbaycan dilində, əsasən, çağırış ifadə edir.
Nidalar nəzəriyyəsi XVIII əsrdə xüsusi olaraq diqqəti 
cəlb etmişdir. Həmin dövrdə bu nəzəriyyəni daha çox mü-
dafiə edənlərdən Jan Jak Russo idi. O deyirdi: “Şiddətli 
arzu ilk səsləri törətdi”. Daha sonra, XIX əsrin axırları, XX 
əsrin əvvəllərində rus alimi D.N.Kudryavski (1867–1920) 
də bu nəzəriyyənin müddəalarını doğru hesab etmişdir.
Nidalar nəzəriyyəsini tamamilə qüsurlu hesab edib, 
əhəmiyyətsiz nəzəriyyə kimi qiymətləndirmək doğru ol-
maz. Dil haqqındakı elmdə onun da xüsusi rolu və yeri 
vardır. Hər şeydən əvvəl, bu nəzəriyyə dildəki nida söz-
lərinin etimologiyasını aydınlaşdırmağa müəyyən qədər 
kömək göstərir. Məhz bu, onun faydalı cəhətidir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin