Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
391
Danışıq səslərinin yaranmasında, müxtəlif şəkil alma-
sında ağız olduqca mühüm rol oynayır. Ağız bir neçə üzv-
dən ibarətdir:
ağız boşluğu, dil, dişlər, yuvaqlar, damaq, dilçək,
dodaqlar, çənələr. Səsin tələffüzündə bu ağız üzvlərinin hər
biri müəyyən zəruri vəzifə yerinə yetirir.
Ağız boşluğu. Ağız boşluğu arxadan udlaq boşluğu ilə
hüdudlanır. Bu, öz forma və həcmini daha çox dəyişən üzv-
dür. Ağız boşluğu dilin hərəkəti ilə qeyri-bərabər hissələrə
bölünür, alt çənənin aşağı düşməsi ilə daralır, ordun daxili
əzələlərinin hərəkəti ilə eninə dəyişilir və s. Ağız boşluğu
rezonatorların ən başlıcasıdır. Belə ki, nitq səsləri burada
formalaşır. Ağız boşluğu səsin müxtəlif formaya düşməsi
üçün, bir növ, laboratoriyadır. Ağız boşluğu udlaq boşlu-
ğundan gələn zəif səsləri qəbul edərkən üz vəziyyətini də-
yişməklə onları müəyyən qədər qüvvətləndirir və müxtəlif
rəngə salır. Dildəki sait və samitlər, onların müxtəlif növlə-
ri, əsasən, ağız boşluğunun fəaliyyəti nəticəsində yaranır.
Deməli, ağız boşluğunun rezonator vəzifələrindən biri sə-
sin formalaşmasına xidmət
etməkdir.
Səsin yaranması və for-
malaşmasında
nitq rezona-
torlarının (ağız, burun, ud-
laq boşluqları) rolu müxtəlif
olur, lakin vəhdət halında
fəaliyyət göstərirlər.
Dil. Danışıq səslərinin
formalaşmasında
iştirak
edən
çox mühüm üzvlər-
dən biri dildir. Dil mürək-
kəb
əzələlər sistemindən
ibarətdir. Bu əzələlərin bir
qrupu ancaq dilin gövdəsi-
Dostları ilə paylaş: