1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə231/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   227   228   229   230   231   232   233   234   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

DİLİN 
ONOMASTİK
LEKSİK SİSTEMİ
antroponimlər
etnonimlər
toponimlər
hidronimlər
zoonimlər
kosmonimlər
ktematonimlər


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
414
fi xarakter daşımır. Sözün mənası müəyyən tarixi inkişaf 
prosesində insanın yaradıcı təfəkkürünün məhsulu kimi 
obyektiv şəkildə meydana çıxır. “Dildə sözün ifadə etdiyi 
bütün mənalara sözün məna quruluşu deyilir. Sözün məna 
quruluşu, eyni zamanda, sözün məna həcmi, məna sistemi də 
adlanır”
1
. Bu sistemdə sözlər həqiqi və məcazi məna kəsb 
edir, omonimlik və sinonimlik cərgəsində düzülür.
Sözlərin həqiqi və məcazi məna sistemində sözlər öz əsas 
mənalarından əlavə başqa mənalarda da işlənir. Məsələn, 
Azərbaycan dilində polad sözünün əsas mənası metal növlə-
rindən birinin adını bildirməsidir (polad məftil, polad rels və s.) 
Həmin metala xas olan bərklik anlayışından metaforik şə-
kildə polad iradə və polad bilək ifadələrində də istifadə edilir. 
Bu ifadələrdə polad sözü həqiqi deyil, məcazi mənada işlən-
mişdir. Dünya dillərində sözlərin bu cür əlavə mənalarda 
işlənməsi çoxmənalılıq deyilən semantik hadisənin yaran-
masına səbəb olmuşdur. Omonimlik və sinonimlik sistemi də 
ümumi semantik sistemin tərkib hissəsini təşkil edir. Sinoni­
miya sözün geniş mənasında götürülür. Bu qrup sözlər eyni 
ekspressiv-kommunikativ məqsəd üçün işlənilir. Məsələn, 
Azərbaycan dilində ürək, qəlb, könül sözləri sinonimik cərgə 
təşkil edir. Bunlar bir məna kəsb etsələr də, dildə müxtəlif 
ekspressiv-kommunikativ məqsədlə istifadə edilir. Heç vaxt 
həkimə müraciət etdikdə “doktor, qəlbim və ya könlüm ağrıyır” 
deyilmir; “ürəyim ağrıyır” deyilir. Lakin “ürəyim sözlə dolu-
dur” əvəzinə “qəlbim, yaxud könlüm sözlə doludur” işlənmir. 
“Dəli könül” ifadəsində isə “könül” sözünü nə ürək, nə də qəlb 
sözü ilə əvəz etmək (dəli qəlb, dəli ürək) olar.
1
A.M.Qurbanov. Müasir Azərbaycan ədəbi dili. I cild, Bakı, 2003, səh. 277.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
415
Sinonimlik yalnız sözdə yox, hətta bütöv cümlədə də 
ola bilər. Məsələn, “Mən anamı sevirəm”, “Mən anama də­
rin bir məhəbbət bəsləyirəm”, “Anam mənim gözümün işığıdır”, 
“Anamdan əziz dünyada heç kimim yoxdur” cümlələri sinoni-
miya əsasında yaranır.
Omonimlik sistemi sinonimliyin əksinədir. Burada isə 
eyni bir sözdən müxtəlif mənaların ifadə olunmasında istifa-
də edilir. Omonimlik semantik hadisəsi dilin bütün laylarında, 
qatlarında müşahidə olunur. Məsələn, sözlərdə: yel (külək) – yel 
(xəstəlik), qaz (quş) – qaz (maddə), bel (alət) – bel (bədən üzvü) 
və s.; cümlələrdə: əlim-ayağım yerdən üzüldü (təyyarədə uçmaq 
mənasında) – əlim-ayağım yerdən üzüldü (ümidini itirmək mə-
nasında). Dilin semantik sistemində baş verən qanunauyğun-
luqlar və hadisələr aşağıdakı mənzərəni əks etdirir:

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin