Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
49
Hindistanda, Çində və başqa Şərq ölkələrində dilçiliyə
dair bir çox əsərlər yaranmışdı.
Orta əsrlərdə dilçilik elmi diqqətəlayiq səviyyədə, əsasən
müsəlman feodal dövləti olan ərəb xilafətində inkişaf etmiş-
dir. VII əsrin ortalarında ərəb aristokratiyası islam bayrağı al-
tında çoxlu hərbçi toplamış, Suriya, Misir, İran, Azərbaycan,
Gürcüstan, Orta Asiya və başqa ölkələri istila etmişdi. Ərəb
hakimiyyəti və onun xilafəti 600 ilə qədər hökm sürmüşdür.
Ərəb xilafəti dövründə elm və mədəniyyət sürətlə inki-
şaf etmişdir. Bütün dünyada ilk dəfə olaraq Şərq ölkələrin-
də kağız meydana çıxmışdır. VIII
əsrdə ərəblərin təsiri ilə
Səmərqənd şəhərində kağız istehsal olunmuşdur ki, bu da
xilafətin tərkibində olan xalqların mədəni inkişafına öz müs-
bət təsirini göstərmişdir. İqtisadi tərəqqi, ticarət və sənayenin
Şərq ölkələrində inkişafı elmi biliyin müxtəlif sahələrinin in-
kişafına səbəb olmuşdu.
Ticarətin, dənizçiliyin,
əkinçiliyin,
sənayenin inkişafı ilə bağlı coğrafiya, riyaziyyat, astronomiya
və başqa elmlərlə yanaşı, dilçilik də inkişaf etmişdir. VII əsrin
ortalarından başlayaraq Yaxın və Orta Şərq ölkələrində ya-
ranmış zəngin və çoxcəhətli dilçilik elmi
ərəb dilçiliyi adlanır.
Ərəb dilçiliyi mahiyyətinə görə istila olunmuş xalqların dil
haqqında biliklərinin məcmusudur. Ərəb elminin görkəmli
xadimləri xilafətin tərkibindəki müxtəlif xalqların, yaxud da
onlarla iqtisadi, mədəni əlaqəsi olan xalqların nümayəndələ-
ridir. Burada ərəblərlə bərabər suriyalılar, farslar, misirlilər,
yəhudilər, türklər, yunanlar və başqaları da vardır.
Ərəb xilafəti dövründə ərəb dili elm və dövlət dili idi.
Buna görə də dilçiliyə dair bilik ərəb dilində inkişaf etdiri-
lirdi. Hətta başqa sistemli dillər tədqiq olunanda, məsələn,
türk dilləri öyrəniləndə də izahat ərəbcə verilirdi.
Orta əsrdə ərəb dilçiliyinin yaranması və inkişafı ilk
növbədə İslamiyyətin müxtəlifdilli qəbilə və xalqlar ara-
sında yayılması hadisəsi ilə bağlı olmuşdur. İslam dininin
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
50
yayıldığı xalqlar arasında ərəbcə yazılmış
Quranı
təbliğ
etmək əsas vəzifələrdən biri idi. Bunun üçün isə ərəb di-
linin fonetikasını, lüğət tərkibini, morfologiyasını, sintak-
sisini elmi əsaslar üzrə işləyib hazırlamaq və onun tədrisi
metodikasını müəyyənləşdirmək ən mühüm vəzifələrdən
biri idi. Beləliklə, ərəb dünyasında dilçilik geniş bir surətdə
inkişaf etdirilirdi. Lakin ərəb dilçiliyini təkcə ərəblər deyil,
eyni zamanda hind, yunan, fars, türk, yəhudi alimləri in-
kişaf etdirirdilər.
Ərəb xilafətinin dilçiləri qədim dövrün dilçilik ənə nə-
lə rindən istifadə etmişlər. Hind və yunan dilçiliyindən isti-
fadə olunduğu üçün bəzi Avropa dilçiləri ərəb dilçiliyinin
müstəqilliyinə şübhə ilə yanaşmışlar. Orta əsr Şərq dilçili-
yinin qədim dövr dilçiliyinin ənənələrindən istifadə etməsi
ərəb dilçiliyinin müstəqilliyinə heç cür xələl gətirmir. Ərəb
dilçiliyi qədim dilçiliyə əsaslanaraq müstəqil inkişaf etmiş
və yeni-yeni elmi müddəalarla dilçiliyi zənginləşdirmişdir.
Şərq xalqlarının dilçiliyi ərəb xilafəti dövründə nəzəri
və əməli dilçiliyin bir sıra məsələlərini işləmiş, dil haqqın-
da elmə yeniliklər gətirmişdir. Bu dövrün dilçiliyi
fonetik,
qrammatik və
leksikoloji məsələlərin aydınlaşdırılması ilə
xarakterizə edilir.
VII və VIII əsrlərdə ərəb dilçiliyinin elmi mərkəzi xi-
lafətin iki böyük şəhəri –
Bəsrə və
Kufə şəhərləri idi. Bu
şəhərlərin hər birində ayrıca qrammatika məktəbləri ya-
ranmışdır və bunlar arasında
tez-tez geniş elmi müba-
hisələr olurdu. Bir neçə əsrdən sonra elmi mərkəz ərəb xi-
lafətinin paytaxtı Bağdad şəhəri olmuşdu.
Ərəb dilçiliyinin banilərindən biri
Xəlil Fərahidi (718–
791) hesab olunur. Bəsrə məktəbinin nümayəndəsi olan
Xəlil
“Kitab əl-Ain” adlı ilk ərəb dili lüğətini tərtib etmişdir.
Şərq filologiyasının inkişafında
Sibaveyhinin də xüsu-
si rolu olmuşdur. Milliyyətcə fars olan bu alim Xəlil Fəra-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
51
hidinin tələbəsi olmuşdur. O,
“Əl-kitab” adlı əsərində ilk
dəfə olaraq ərəb dilinin sistemli qrammatikasını yazmış-
dır. Burada klassik ərəb dilinin qrammatik xüsusiyyətlə-
ri geniş işlənilmişdir. Uzun zaman bu əsərdən ərəb dilini
əməli surətdə öyrənmək məqsədilə istifadə olunmuşdur.
Müəllifdən sonra bu əsərdə dilçilər çox az dəyişikliklər et-
mişlər. Bu nəhəng əsər dərin məzmuna malik olduğundan
onu yalnız
Bəsrə məktəbinin yox, həm də
Kufə məktəbinin
nümayəndələri yüksək qiymətləndirirdilər.
Şərqin ən böyük alimi olan
Əbu Əli İbn Sina (980–1037)
ərəb dilçiliyinin inkişafında böyük işlər görmüşdür. O,
“Da
nışıq səslərinin səbəbləri” adlı filoloji əsər yaratmışdır.
Orta əsrlər dövrü Şərq dilçiliyində diqqəti cəlb edən
alimlərdən biri də
Mahmud Kaşqarlıdır. Mahmud Kaşqar-
lı dövrünün ensiklopedik biliyə malik ən görkəmli alimlə-
rindəndir. O,
ilk türkoloq-filoloqdur
1
.
Dostları ilə paylaş: