1. ÜMumi DİLÇİLİk I indd


XIII əsr Necəsən, gəl ey yüzü ağım bənim



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə240/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   236   237   238   239   240   241   242   243   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

XIII əsr
Necəsən, gəl ey yüzü ağım bənim,
Sən əritdin odlara yağım bənim(İ.Həsənoğlu)
XX əsr
El bilir ki, sən mənimsən(S.Vurğun)
Yaxud:
XIV əsr
Yürəki taş, qaməti ney, kiprügü tiri-xədəng,
Necə bir yürəgümə od ilə taş oynadısar. (Q.Bürhanəddin)
XX əsr
Yarıyadək yerə batmış o qəbrin daşı(S.Vurğun)
Azərbaycan dilinin fonetik sistemində ahəng qanunu-
nun təkmilləşməsi və inkişafı daha qabarıq nəzərə çarpır. 
XIII-XVIII əsrlər Azərbaycan klassik poeziyasında, xü-
susilə XIV əsrin görkəmli şairi Qazi Bürhanəddinin şeir-
lərində ahəng qanununun pozulması xarakterik hal kimi 
diqqəti cəlb edir
1
. Bu hadisə, şübhəsiz ki, xarici təsir nəti-
cəsində baş vermişdir. Azərbaycan dilində ahəng qanunu 
həmişə möhkəm və sabit olmuşdur.
1
Bax: Qazi Bürhanəddin. Divan. Bakı, 1988.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
431
Dilin fonetik tərkibində baş verən dəyişikliklər ayrı- 
ayrı fərdlərin nitq səviyyəsindən başlanır. Əgər dəyişik-
lik fərdi nitqdən kollektiv nitq səviyyəsinə keçirsə, onda 
həmin dəyişiklik dildə fonetik norma sayılır və bu norma 
dilin fonetik tərkibinin inkişafı üçün zəmin yaradır.
Dilin fonetik sistemində baş verən dəyişiklik və inkişaf 
ədəbi dilin inkişafının tərkib hissəsi kimi çox böyük ictimai 
əhəmiyyət kəsb edir. XIII–XVIII əsrlər Azərbaycan dilinin 
fonetik sistemi ilə müasir Azərbaycan dilinin fonetik siste-
mini müqayisə etdikdə bunun bir daha şahidi oluruq. Bu-
nun başlıca səbəblərindən biri həmin dövrdə dialekt və şivə 
tələffüzünün ədəbi dilin fonetik sisteminə təsiri olmuşdur.
Müşahidələr göstərir ki, dilin fonetik sisteminin nor-
mativ səs qanunlarına yad elementlər bir neçə səbəbdən 
daxil olur. Bunlardan biri dialekt və şivələrdir. Bəzən müəy-
yən dialekt və şivə leksikası, eləcə də tələffüzü öz arealın-
dan kənara çıxaraq ədəbi dilə də təsir göstərməyə başlayır. 
Qazi Bürhanəddinin “Divan”ında rast gəlinən “dedüm”, 
“gərəkdür”, “aşiqünəm”, “artux”, “içum”, “aparun”, “gör-
mədüm”, “edəlüm”, “ölmüşdür”, “qılurlar”, “həyatıdur”, 
“qərarun” və s. sözlərdə ahəng qanununun pozulması 
halları sənətkarın dövründə yalnız yazılı ədəbi dildə baş 
vermişdir. Bu tipli fonetik dəyişmə hadisəsi o dövr canlı 
danışıq dili üçün yad olmuşdur.
Müasir dövrdə ədəbi tələffüzün dialekt və şivə tələf-
füzünü sıxışdırması Azərbaycan dilinin fonetik sistemində 
bir sabitlik əmələ gətirmişdir. Digər səbəb qohum dillərin 
təsiridir. Azərbaycan klassik ədəbiyyatında rast gəlinən 
bən, kibi, şol, böyls, deyəlim, sana, imdi, şu və s. türk dilinin 
fonetik sisteminin təsirinə məruz qalır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
432
Bəzən dilin fonetik tərkibində baş verən dəyişiklik 
proqressiv deyil, aqressiv xarakter daşıyır. Məsələn, Sağır 
“ή” səsi Azərbaycan dilinin səs sistemi üçün səciyyəvi fo-
nem hesab olunur. Həmin fonetik vahid qədim türk və orta 
əsr Azərbaycan yazılı abidələrində də öz qrafik əksini tap-
mışdır. Lakin müasir Azərbaycan əlifbasında bu fonemin öz 
əksini qrafik şəkildə tapmaması yazıda uyğunsuzluq əmələ 
gətirir. Məsələn, “qardaşına”, “evinə”, “əməyinə” və s. sözlə-
rin yazılışı bu baxımdan müasir Azərbaycan orfoqrafıyasında 
düzgün müəyyən olunmamışdır. Əslində, həmin sözlərdə II 
və III şəxsə aid mənsubiyyət mənası bir yerdədir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin