Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
63
4) Öyrənilən dillərin sərhədinin genişlənməsi. Dövrün
tarixi hadisələri, o cümlədən coğrafi kəşflər, ticarətin inki-
şaf edib genişlənməsi, dünya səyahətləri yeni-yeni dillərlə
tanışlığa səbəb olurdu. Bunun nəticəsində isə dilçilikdə bir
çox dilin əhatə olunması üçün imkan yaranırdı. Ayrı-ayrı
dillərlə tanışlıq get-gedə artdıqca dilçilik məsələlərinə ma-
raq da güclənirdi. Ümumiyyətlə, dilçilik elmi birinci dəfə
olaraq İntibah dövründə dillərin müxtəlifliyi problemi ilə
qarşılaşmış və bu əsrlərdə həmin məsələnin elmi həllində
müəyyən işlərin bünövrəsi qoyulmuşdur.
Dostları ilə paylaş: