1. ÜMumi DİLÇİLİk I indd


las özünün 4 cildlik “Bütün dillərin və ləhcələrin müqayisəli  lüğəti”nə (1787–1789) Avropa, Asiya, Amerika və Afrikanın



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə36/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   32   33   34   35   36   37   38   39   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

las özünün 4 cildlik “Bütün dillərin və ləhcələrin müqayisəli 
lüğəti”nə (1787–1789) Avropa, Asiya, Amerika və Afrikanın 
272 dil və dialektinin materialını daxil etmişdi
1
.
İspan alimi Lorenso Ervasın 1784-cü ildə “Məlum dil­
lərin kataloqu və onların qohumluğu və fərqləri haqqında qeyd­
lər” adlı əsəri nəşr olunmuşdur. Altı cilddən ibarət olan bu 
əsərdə 307 dilin materialı əhatə olunmuşdur.
Alman alimi İ.X.Adelunqun 1806–1817-ci illərdə yaz-
dığı “Mitridat, yaxud ümumi dilçilik” adlı çoxdilli kataloq 
lüğəti isə çox məşhurdur. Həmin lüğətdə 500 dil və dialekt 
əhatə olunmuşdur.
İstər normativ izahlı lüğətlərdə, istərsə də çoxdilli 
“müqayisəli” – kataloq lüğətlərdə cəmləşdirilmiş material-
lar dillərin yeni planda nəzəri əsaslar üzrə öyrənilməsinin 
əsasını qoymuşdur.
8) Milli dillərin qrammatikalarının yaradılması. İnti-
bah dövründə canlı dillərə və onların keçmişinə müraciət 
1
Bax: В.И.Кодухов. Общее языкознание. M., 1974, c. 14.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
66
nəticəsində Avropanın bir sıra milli dillərinin, o cümlədən 
ingilis, fransız, alman, ispan, macar, çex, polyak və s. dillə-
rin qrammatikaları meydana çıxmışdır. XVI–XVIII əsrlərdə 
yaradılmış qrammatikalar xarakterinə görə iki tipə bölünür:
a) normativ qrammatika, b) ümumi rasional qrammatika.
a) Normativ qrammatikalar. İntibah dövründə milli 
dillərin normativ qrammatikalarının tərtibi və nəşri xüsusi 
əhəmiyyət kəsb edirdi. Yazılı ədəbi dillər inkişaf etdikcə 
onların normativ qrammatikalarının yaradılmasına xüsu-
si ehtiyac hiss olunurdu. Belə bir ehtiyac və tələbin nəti-
cəsi olaraq 1562-ci ildə fransız dilinin, 1653-cü ildə ingilis 
dilinin normativ qrammatikası tərtib edilmişdir. 1755-ci 
ildə M.V.Lomonosov rus dilinin qrammatikasını yazmış-
dır. M.V.Lomonosovun (1711–1765) “Rusiya qrammatikası” 
adlı məşhur əsəri yeni tipli, yəni təsviri normativ – üslubi 
qrammatika idi
1
. Bu orijinal qrammatika rus dilçiliyinin ta-
rixində xüsusi əhəmiyyətə malikdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin