Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
81
di. Onun idealist baxışları dilin mənşəyi problemində,
tipoloji konsepsiyada və sair məsələlərdə özünü göstərir.
Humbold tun əsərlərindəki idealist ünsürlər, ümumiy-
yətlə, onun yaradıcılığına müəyyən dərəcədə mənfi təsir
göstərirdi. Humboldtun fəaliyyətindəki idealistlik onun
dövründən gələn təsir idi. O, bir çox məsələlərin həllində
bu təsirə məruz qalmır, ona əks-müqavimət göstərərək ha-
disələrin həqiqi elmi şərhini verirdi.
Dilçilik sahəsində Vilhelm Humboldtun irəli sürdüyü
ideyalar dövrün linqvistik fikir zirvəsini təşkil etmişdir.
Nəzəri dilçiliyin əsas problemləri Humboldt ideyaları əsa-
sında inkişaf etmişdir. Onun qaldırdığı mühüm məsələlə-
rin bir çoxu hazırda da müasir dilçiliyin zəruri tədqiqat
obyektini təşkil edir.
Dostları ilə paylaş: