1. ÜMumi DİLÇİLİk I indd


Dilçilikdə strukturalizm cərəyanı



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə66/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   62   63   64   65   66   67   68   69   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Dilçilikdə strukturalizm cərəyanı
XX əsrdə yaranmış müxtəlif dilçilik cərəyanları içəri-
sində ən görkəmli yeri strukturalizm tutur. Strukturalizm 
dil haqqında elmin müasir mərhələsində son dərəcə geniş 
yayılmış cərəyandır.
XX əsrin birinci yarısında struktur çox populyar an-
layış idi. Bu ümumelmi anlayış elmin müxtəlif sahələrinə 
aid edilirdi. Struktur ideyası ilə bağlı strukturalizm ümum-
elmi termini meydana çıxmışdır. Bu termin ümumi ad kimi 
20-ci illərdə psixologiyada, estetikada, sosiologiyada, tarix-
də, ədəbiyyatşünaslıq və sairdə əmələ gələn elmi cərəyan-
lar kompleksini əhatə edirdi.
Dilçilikdə strukturalizmin yaranmasının xüsusi ta-
rixi vardır. Dilçilikdə strukturalizm psixologizm və “gənc 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
118
qrammatiklər” cərəyanlarının inkarı kimi meydana çıx-
mışdır. Hələ 1870-ci ildə Boduen de Kurtene özünün iki 
məşhur ideyası – dilin sistemliyi haqqında təlim və fonem 
nəzəriyyəsi ilə strukturalizmin təşəkkülündə xüsusi rol oy-
namışdır. 1879-cu ildə Ferdinand de Sössür dil hadisələri-
nin tədqiqinə struktural cəhətdən yanaşmağın nə dərəcədə 
əhəmiyyətli olduğunu göstərmişdir. Onun 1916-cı ildə çap 
olunmuş “Ümumi linqvistika kursu” əsəri gələcək struktu-
ralizmin eskizini vermişdir. Strukturalizm cərəyanının əv-
vəllər əmələ gəlməsinə baxmayaraq, strukturalizm termini 
dilçiliyə ilk dəfə 1939-cu ildə daxil olmuşdur. V.Bröndalın 
1939-cu ildə çap olunmuş “Struktur dilçilik” adlı məqalə-
sindən sonra dilçilikdə struktur anlayışı ilə bağlı termin-
lər geniş işlənilmişdir. Dilçilikdə strukturalizm cərəyanına 
“struktur dilçilik” də deyilir.
Strukturalizm dilin formasız yığım olmadığını, bu-
nun ayrı-ayrı laylardan ibarət quruluşa malik olduğunu 
öyrədir və bu quruluşun xarakteristikasının verilməsini 
tələb edir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin