Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
126
naşı, Blumfild qrammatik anlayışlara dair əsas terminləri
müəyyənləşdirməyə də ciddi səy göstərmişdir. O, sintak-
sis sahəsində də çox böyük nailiyyətlər əldə etmişdir.
1936-cı ildə Blumfildin
“Dil, yaxud ideya” adlı məqaləsi
çap olunmuşdur. Burada o, fəlsəfi məsələlərdən bəhs edir.
Ümumiyyətlə, Blumfildin dilçiliyə dair mülahizə və
görüşləri Amerikada strukturalizmin inkişafında xüsu-
si rol oynamışdır. Bu görkəmli alimin ənənələri sonralar
onun şagirdləri və ardıcılları Blok, Treycer, Xokkit, Herris,
Qlison və başqaları tərəfindən inkişaf etdirilmişdir.
1951-ci ildə Zellinq Herrisin
“Struktural dilçilikdə me
todlar” adlı əsəri nəşr olunmuşdur. Bu ümumiləşdirici
əsər deskriptivizmin manifesti hesab olunur. 1959-cu ildə
Q.Qli sonun
“Deskriptiv dilçiliyə giriş” adlı kitabı çapdan çıx-
mışdır. Bu əsərdə deskriptivizmin bəzi ümumi prinsiplə ri
aydınlaşdırılır.
Dostları ilə paylaş: