Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
157
elmi mətnşünaslıq tədqiqatları da dilçilik üçün vacib və zə-
ruridir. Dilçilikdə bir çox tədqiqat məsələləri ancaq mətn-
şünaslıqla bağlandıqda uğurlu həll oluna bilir.
Mətnşünas hər bir mətnin bərpa edilməsi ilə dilçi-təd-
qiqatçıya da xidmət göstərmiş olur. Məlumdur ki, dildə
baş verən hadisələrin izi bədii əsərlərin, yazılı tarixi abi-
dələrin mətnində mühafizə olunur. Dilçi həmin hadisələri
dəqiqləşmiş, dürüst, əslinə uyğun şəkildə götürüb istifa-
də etmək nəticəsində obyektiv və həqiqi mülahizə söyləyə
bilir. Məhz buna görə də həmin işdə mətnşünaslığın nəti-
cələri dilçilik üçün son dərəcə əhəmiyyətlidir.
Mətn üzərində iş aparmaq tarixən dilçilik üçün fayda-
lı olmuşdur. Hələ lap qədim zamanlarda hindlilər müxtəlif
məzmunlu kitabələrin mətni üzərində iş aparmaqla dilçi-
lik elminin nəzəri əsasını qoymuşlar.
Dostları ilə paylaş: