Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
159
Müasir dövrdə dilçiliyin bir sıra ümumi problemləri-
nin tədqiqi birbaşa fəlsəfənin müddəalarına əsaslanmalıdır.
Bu problemlərdən dil və cəmiyyət, dilin mənşəyi, dil və
ictimai-iqtisadi formasiyalar, dil, xalq, irq və s. problemlər
indiki dövrdə hər iki elmin tədqiqat obyektinə çevrilmişdir.
Dilçiliyin müasir elmi-nəzəri zirvəyə çatmasında dil-
çiliklə fəlsəfi biliklərin vəhdəti çox mühüm rol oynamışdır.
Məlumdur ki, cəmiyyətin inkişaf prosesi fəlsəfənin
əsas tədqiqat obyektlərindən biridir. İctimai hadisə olan
dil də cəmiyyətlə bağlıdır. Buna görə də mütəfəkkir filosof
cəmiyyətin bu və ya digər məsələlərindən bəhs edərkən
başlıca ünsiyyət vasitəsi olan dilinə toxunmaya bilməzdi.
Dildə söz və əşyanın hansının birinci olması məsələsi
də birbaşa materialist fəlsəfə nöqteyi-nəzərindən izah edil-
məlidir. İdealist dilçilər materialistlərin əşyanın birincili-
yi fikrinin əleyhinə olaraq sözün birinci yaranması fikrini
irəli sürürlər. Deməli, bu məsələni obyektiv şəkildə şərh
etmək üçün mütləq dialektik materializmə əsaslanmaq la-
zım gəlir.
Dilçilikdə dilin mahiyyəti, inkişafı, ictimai rolu və s.
problemlər fəlsəfəyə əsaslanılmadan düzgün şərh edilə
bilməz.
Dostları ilə paylaş: