Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
24
ancaq yazı məsələlərini (hətta,
ümumiyyətlə, yazı prob-
lemini deyil, təkcə düzgün yazı-orfoqrafiya məsələlərini)
dilçilik elmi üçün obyekt hesab
etmiş və çox mübahisəli
olan bu orfoqrafiya məsələləri öz həllini tapa bilmədikdə
dilçiliyi lüzumsuz bir elm kimi qələmə vermişlər. Bundan
başqa, bəzi alimlər dilçiliyin elm naminə yarandığını söy-
ləyib, onun əməli mahiyyətini inkar edərək, ancaq az-çox
nəzəri əhəmiyyətə malik olduğunu göstərmişlər. Dilçiliyin
əhəmiyyətindən bəhs olunan bəzi yazılarda belə bir fikir
də var ki, guya dilçilik elmi yalnız xarici dilləri öyrənmək
üçün faydalıdır. Göründüyü kimi, bu fikirləri iddia edən-
lər dilçiliyin əhəmiyyətini azaltmağa çalışmışlar.
Bütün
bu səhvlər elmin obyektini, onun sərhədini düzgün başa
düşməməyin, məsələyə birtərəfli yanaşmağın nəticəsində
meydana çıxmışdır.
Xüsusi ictimai mahiyyət kəsb edən dilçilik elminin həm
nəzəri, həm də əməli əhəmiyyəti böyükdür. Onun əhəmiy-
yətini qısa şəkildə aşağıdakı kimi ümumiləşdirmək olar:
Dostları ilə paylaş: