1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə99/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   95   96   97   98   99   100   101   102   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

6. DİLÇİLİK VƏ ASTRONOMİYA
Astronomiya (yunanca astro – ulduz, nomos – qanun) 
bütövlükdə göy cisimlərini özündə birləşdirən kainat 
haqqında elmdir. Astronomiya elmi öz tarixi etibarı ilə 
daha qədimdir. Qədim Çin, Hindistan, Misir və Babilis-
tan astronomlarının kainat haqqında ilk müşahidələri və 
qeydlərini astronomiya elminin yaranmasının başlanğıcı 
hesab etmək olar. Dünya alimləri N.Kopernik, C.Bruno, 
Q.Qaliley, İ.Kepler, Nəsirəddin Tusi və b. astronomiya el-
minin müasir inkişaf səviyyəsinə çatmasında əvəzsiz xid-
mətlər göstərmişlər. Astronomiyanın astronometriya, göy 
mexanikası, astrofizika, ulduzlar astronomiyası, kosmoqoniya, 
kosmologiya kimi bölmələri vardır.
Dilçiliyin astronomiya ilə əlaqəsi kosmonimlərin – səma 
cisminə verilən ad-ləqəblərin öyrənilməsi ilə bağlıdır. Bu 
sahədə dilçilik öz tədqiqat materiallarını astronomiya-
1
Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları. Bakı, 1986, Azərbay-
can onomastika problemləri II. Bakı, 1988.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
176
dan götürür. Dilçilikdə bu cür adların tədqiqi nəticəsində 
onomalogiyanın “Kosmonimiya” adlı yarımşöbəsi əmələ 
gəlmişdir
1
.
Dünya dillərində olduğu kimi, Azərbaycan dilinin lü-
ğət tərkibində də çoxlu miqdarda kosmonim yaranmışdır. 
Həmin xüsusi adların yaranmasının özünəməxsus qanu-
nauyğunluqları vardır
2
. Bunları öyrənməkdə müasir astro-
nomiya elminin nəticələrindən mütləq istifadə edilməlidir.
7. DİLÇİLİK VƏ RİYAZİYYAT
Riyaziyyat – dünya elminin ən geniş yayılmış və inki-
şaf etmiş sahəsidir. Onun nüfuz etmədiyi elm sahəsi yox-
dur. Riyaziyyatın başqa elm sahələrinə daxil olması onla-
rın inkişaf sürətini daha da artırmışdır. K.Marks özünün 
riyazi düşüncələrində deyir ki, hər bir elm ancaq riyaziy-
yatdan istifadə etməklə kamil nailiyyətlərə malik ola bilər. 
Riyaziyyatın dilçiliyə nüfuzu da bu baxımdan təbii və ob-
yektivdir. Dilçiliyin riyaziyyatla sıx əlaqəsi nəticəsində XX 
əsrin II yarısından başlayaraq riyazi dilçilik meydana gəl-
mişdir. Bu sahədə bir sıra əsərlər yaranmışdır
3
.
Riyaziyyat dilçiliyə öz tədqiqat üsullarının təsiri nə-
ticəsində nüfuz edə bilmişdir. Müasir dilçilikdə riyazi 
modellərdən, statistik hesablamalardan, cərgə nəzəriyyə-
sindən, ehtimal nəzəriyyəsindən və başqa riyazi nəzəriy-
yələrdən geniş istifadə olunur.
Xüsusilə riyazi statistikanın üsullarından dil ha-
disələrinin tədqiqində geniş istifadə olunur. Dilçilik və ri-
1
Bax: A.Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. II cild, Bakı, 2004.
2
Bax: A.Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. II cild, Bakı, 2004, səh. 323-332.
3
Bax: И.А.Мельчук. Проблемы математической лингвистики. “Вестн. АН СССР”. 1959, 
N 8; Ю.И.Левин. Математика и языкознание. M., 1964, Математическая лингвистика. 
M., 1964; В.А.Москевич. Статистика и семантика. M., 1969, Математическая лингвисти-
ка. M., 1973; Р.Г.Пиотровский, К.Г.Бектаев, А.А.Пиотровский. Математическая лингви-
стика. M., 1977 və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
177
yaziyyat məzmun etibarı ilə müxtəlif elm sahələridir. La-
kin dil hadisələrinin kəmiyyətcə öyrənilməsi onu gətirib 
riyaziyyatla bağlayır. Çünki riyaziyyat yeganə elmdir ki, 
həm təbiət, həm də cəmiyyət hadisələrinin ancaq kəmiy-
yət tərəflərini öyrənir. Ona görə də dilçilik dil hadisələ-
rinin kəmiyyət tərəflərini öyrənərkən riyazi üsullardan 
geniş istifadə edir. Dildə sözlərin işlənmə tezliyi riyazi 
hesablamaların köməyi ilə aparılır. Müxtəlif morfemlərin 
və sintaqmların törəməsi və bir-biri ilə əlaqəsi diferensial 
və inteqral tənliklərin metodları əsasında nümayiş etdi-
rilir. Bütün bunlar dil hadisələrini və qanunauyğunluq-
larını daha düzgün və dəqiqliklə öyrənməyə çox böyük 
köməklik göstərir.
Riyaziyyatın dilçiliyə tətbiqi formal qrammatikanın 
meydana çıxmasına səbəb olmuşdur. Burada, əsasən, dilin 
təsviri verilir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin