Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
182
İndi bu makrosahələrin şərhinə keçək, onların hər bi-
rinin mövzusu, həcmi və digər cəhətləri ilə tanış olaq.
TƏTBİQİ VƏ NƏZƏRİ DİLÇİLİK
Dilçilik həm tətbiqi, həm də nəzəri elmdir. Bu cəhətə
görə onun iki geniş sahəsi mövcuddur.
Bunlardan biri
nəzəri dilçilik sahəsi adlanır. Dilçiliyin nəzəri və tətbiqi as-
pektdə inkişafı heç də bunun iki elm olduğunu göstərmir.
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzi elmi ədəbiyyatlar-
da dilçiliyin bu sahələrinin hər birinin ayrıca müstəqil elm
hesab edildiyi fikirlərinə də rast gəlmək olur.
Dilçiliyin tətbiqi və nəzəri sahələrinin fərqləndirilmə-
sinin, bunlar arasında şərti də olsa, sərhədin müəyyənləş-
dirilməsinin xüsusi elmi əhəmiyyəti vardır.
Bu sahələrin
hər birinin özünəməxsus müəyyən tədqiqat mövzuları və
problemləri mövcuddur.
5.01. TƏTBİQİ DİLÇİLİK VƏ ONUN
PROBLEMLƏRİ
Dilçilik elminin
tətbiqi adlanan sahəsi nəzəri dilçilikdən
onunla fərqlənir ki, burada dillə bağlı olan əməli məsələlər
həll edilir. Bundan əlavə, tətbiqi dilçilik dilin praktik öyrə-
nilməsi üçün üsullar və vasitələr hazırlayır.
Ayrı-ayrı elmlərin tarixi göstərir ki, elmin başlanğıc döv-
ründə tətbiqi, əməli məsələlər ilk planda dayanır və zəruri hesab
olunur, lakin sonralar elmin nəzəri sahəsi təşəkkül tapır. Belə bir
cəhət tamamilə dilçilik elminə də aiddir. Tətbiqi dilçiliyin köklə-
ri çox qədimlərdə insan cəmiyyətinin yazı yaratmaq kimi zəruri
əməli tələbləri ilə bağlı olmuşdur. Get-gedə əməli tələblər daha
da artmış, yeni-yeni məsələlər qarşıya çıxmışdır. İnsanlar yazı
yaratmaqla əlaqədar xalq təfəkkürünün
nailiyyətlərini müha-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
183
fizə edib saxlamaq imkanı əldə etmişlər. Yaradılmış bədii əsər-
lərə kommentariyalar yazmağa başlamışlar və sair.
Dilçiliyin tətbiqi sahəsinə alimlər xüsusi qiymət ver-
mişlər. Bunun əhəmiyyətindən
görkəmli dilçilərdən Bo-
duen de Kurtene hələ XIX əsrin 70-ci illərində Peterburq
Universitetində mühazirə oxuduğu zaman geniş bəhs et-
mişdir. XX əsr dilçiliyində, o cümlədən ölkəmizdə tətbiqi
dilçiliyə dövlət əhəmiyyətli məsələlərin həlli baxımından
yanaşılmışdır. İndi başqa
elm sahələrində olduğu kimi,
dilçilikdə də tədqiqatın tətbiqi istiqamətinə daha çox me-
yil göstərilir və bu məqsədlə tətbiqi dilçiliyə aid əsərlərin
nəşrinə geniş yer verilir.
Müasir vəziyyətinə görə tətbiqi dilçiliyin mövzu da-
irəsi
çox genişdir və bu, get-gedə daha da şaxələnir.
Tətbiqi dilçilik problem zənginliyinə malikdir. Onun
ən böyük problemlərindən aşağıdakıları göstərmək olar.
Dostları ilə paylaş: