Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
185
Avtomatik tərcümə məsələləri. Müasir tətbiqi dilçilik
sahəsində ən vacib hesab olunan problemlərdən biri də av-
tomatik tərcümədir. Avtomatik tərcümə elektron-hesabla-
yıcı maşınların köməyi ilə olur. İndi bu məsələlər dövrün
ən aktual linqvistik problemidir.
Bütün bu göstərilən, eləcə də digər mühüm və vacib
tətbiqi dilçilik
problemlərinin hər biri, heç şübhəsiz ki,
müəyyən nəzəri linqvistik bilik olmadan lazımi
səviyyə-
də həll edilə bilməzdi. Məhz buna görə də dilçiliyin nəzəri
sahəsi meydana çıxmışdır.
5.02. NƏZƏRİ DİLÇİLİK VƏ ONUN
PROBLEMLƏRİ
Nəzəri dilçilik dilin inkişaf qanunlarını öyrənir. Lakin
dilçiliyin
tarixindən məlum olur ki, bəzi alimlərə görə,
guya dilçilik dili ancaq praktiki məqsədlər üçün öyrənən
və onun inkişaf qanunları, hadisələri, bu hadisələrin dəyi-
şilmə səbəbi haqqında elmi mülahizələr irəli sürən ictimai
elmdir. Nəzəri dilçilik öz problemləri ilə belə fikirlərin ta-
mamilə əsassız olduğunu göstərir.
Bütün dünya dilləri iki məqsədlə (birincisi
praktiki,
ikincisi isə nəzəri) öyrənilir. Hər hansı bir dilə müraciət
edilərkən qarşıya xüsusi nəzəri məqsəd qoyulmursa, belə
hal dilin praktiki öyrənilməsidir. Məsələn, Azərbaycanda
yaşayan qeyri-azərbaycanlıların Azərbaycan dilini mənim-
səmələri, yaxud Gürcüstandakı azərbaycanlıların
gürcü
dilini öyrənmələri ancaq praktiki məqsəd üçündür. Eləcə
də Azərbaycanda rus təhsili verilən məktəblərdə Azərbay-
can dilinin, Azərbaycan məktəblərində isə rus dilinin öyrə-
nilməsi, həmçinin, praktiki məqsədlidir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
186
Lakin dilin nəzəri cəhətdən öyrənilməsində qarşıya
müəyyən elmi məqsəd qoyulur. Hər bir dilin nəzəri cəhətdən
öyrənilməsi prosesi onun praktiki öyrənilməsindən başlayır.
Belə ki, müəyyən dil, o cümlədən Azərbaycan dili praktiki
öyrənilərkən sözdə eynicinsli sait səslərin bir-birini izlədiyi-
ni görürük. Lakin nəzəri dilçilik praktiki öyrənmə prosesin-
də müşahidə edilən bu hadisəni dərin və ətraflı bilmək üçün
uzağa gedir, dildəki digər fonetik hadisələri də aşkara çıxarır,
bu hadisələrin mövqeyini, yerini və xüsusiyyətlərini aydın-
laşdırır.
Bundan əlavə, yeri gəldikcə belə hadisənin başqa
qohum və ya yad dillərdə olub-olmadığını müəyyənləşdirir.
Bununla nəzəri dilçilik problemləri meydana çıxır.
Nəzəri dilçilik təşəkkül tarixinə görə tətbiqi dilçiliyə nis-
bətən gəncdir. Lakin bu sahənin cavan olmasına baxmayaraq,
onun problemlərinin miqyası çox-çox geniş və əhatəlidir. Xü-
susilə elmin inkişafı ilə əlaqədar olaraq son zamanlar nəzəri
dilçiliyin problemləri çoxsahəli və çoxcəhətliyinə görə diqqəti
cəlb edir. Müasir dilçilik elmində dilin və dillərin elə bir cəhəti,
elə bir hadisəsi yoxdur ki, oraya nəzəri dilçilik nüfuz etməmiş
olsun. Buna görə də dilçiliyin bir sıra şöbələri əmələ gəlmişdir.
Onu da qeyd etməliyik ki, nəzəri dilçiliyin hər bir şöbəsinin
əldə etdiyi nəticələr heç də elmi bilik kimi qalmır. Bunlar əməli
işə
tətbiq olunur, cəmiyyətin mədəni inkişafına xidmət edir.
Dostları ilə paylaş: