1. ÜMumi DİLÇİLİk I indd


Dilçiliyin nəzəri və tətbiqi sahələrinin qarşılıqlı



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə105/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   101   102   103   104   105   106   107   108   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Dilçiliyin nəzəri və tətbiqi sahələrinin qarşılıqlı 
münasibəti
Dilçiliyin hər iki sahəsi arasında qarşılıqlı əlaqə möv-
cuddur. Möhkəm və müntəzəm qarşılıqlı əlaqə əsasında 
bu sahələr məhsuldar şəkildə inkişaf edə bilir. “Əgər bun-
lar arasında əlaqə pozulsa, nəzəriyyə sxolastikaya, təcrübə 
isə vulqar empirizmə çevrilər”
1
.
1
B.A.Звегинцев. Теоретическая и прикладная лингвистика. M., 1968, c. 4.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
187
Dilçiliyin nəzəri və tətbiqi sahələrinin biri digəri üçün 
zəruridir. Məsələn, müasir dövrdə dil haqqında elmin 
sahəsi kimi tətbiqi dilçilik dilçiliyin ümumnəzəri əsasları 
ilə bağlı olub, ondan asılıdır. Dilçiliyin bu iki sahəsi bir-bi-
rini tamamlayır.
5.03. XÜSUSİ VƏ ÜMUMİ DİLÇİLİK
Dilçilik elmi “xüsusi” və “ümumi” terminlərinin ifadə 
etdiyi anlayışlara müvafiq olaraq iki sahəyə bölünür: xüsu­
si dilçilik sahəsi və ümumi dilçilik sahəsi.
Dilçiliyin bu sahələrinin də hər birinin müəyyən 
məqsədi vardır.
Xüsusi dilçilik. Konkret bir dilin və ya dil qrupunun 
elmi tədqiqi ilə məşğul olan dilçilik sahəsi xüsusi dilçilik 
adlanır. Məlum olduğu kimi, dünya dillərinin hər biri, tə-
bii olaraq, xüsusi cəhətlərə malikdir, bu, onları bir-birin-
dən fərqləndirir. Xüsusi dilçiliklər belə məxsusi cəhətlərin, 
qanunların tədqiqi əsasında meydana gəlir. Bir dilin təd-
qiqilə bağlı yaranan dilçilik həmin dilin adı ilə adlandırılır; 
məsələn, Azərbaycan dilinin öyrənilməsi ilə bağlı Azər-
baycan dilçiliyi, gürcü dili ilə əlaqədar gürcü dilçiliyi və s. 
Yuxarıda deyildiyi kimi, xüsusi dilçilik ayrı-ayrı qohum dil 
qrupları ilə də məşğul olur. Belə olduqda tədqiq edilən dil 
qrupu və ya dil ailəsinin adına uyğun olaraq xüsusi dilçilik 
adı yaranır. Məsələn, türk dilləri qrupunu öyrənən türkoloji 
dilçilik, slavyan dilləri qrupu ilə məşğul olan slavyan dilçiliyi 
və s. Ayrı-ayrı dillərin, yaxud dil qruplarının elmi cəhətdən 
öyrənilməsi əsasında yaranmış hər bir xüsusi – milli dilçilik 
inkişaf etdikcə dünya dilçiliyinin faktları kəmiyyətcə artır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin