Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
199
ilk hecalarına düşür. Türk dillərinin əksəriyyətində, Avro-
pa dillərindən fransız dilində vurğu, əsasən, sözün sonun-
cu hecası üzərinə düşür.
8. Vurğunun növləri
Dilçilikdə müxtəlif prinsiplərə
görə vurğu növləri
göstərilir. Bunlardan biri obyektə görə vurğu növləridir:
a) heca vurğusu, b)
söz vurğusu, c) ibarə vurğusu.
Heca
vurğusu bir söz daxilində bir hecanın o birinə nisbətən qüv-
vətli tələffüzünə deyilir.
Söz vurğusu bütövlükdə bir sözün
yüksək tonla tələffüzünə deyilir. Belə halda eyni bir sözdə
həm heca vurğusu, həm də söz vurğusu birləşir.
İbarə vur
ğusu müəyyən bir ibarənin daha qabarıq nəzərə çatdırıl-
ması zamanı istifadə olunan fonetik vasitəyə deyilir.
Bunlardan başqa, dilçilikdə vurğunun işlənmə yerinə görə
də iki növü göstərilir:
sərbəst vurğu, sabit vurğu. Elə dillər var ki,
orada vurğu sabit şəkildə özünü göstərir. Yəni vurğu, bir qayda
olaraq, ya sözün ilk hecasında, ya da son hecasında işlənir. Elə
dillər də vardır ki, sözdə vurğu müxtəlif hecalar üzərinə düşür.
Məsələn, rus dilində sərbəst vurğu geniş yayılmışdır. Azərbay-
can dilində vurğu, əsasən, söz sonundakı heca üzərində olur.
Dostları ilə paylaş: