1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə117/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   113   114   115   116   117   118   119   120   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

6.03. ONOMALOGİYA ŞÖBƏSİ
Dildəki xüsusi adların məcmusu onomastika, ondan 
bəhs edən dilçilik şöbəsi isə onomalogiya
1
adlanır. Ono-
malogiya termini iki yunan sözündən ibarətdir; onoma – 
“ad”, logiya – “təlim” mənasını bildirir.
Onomalogiya dilin lüğət tərkibindəki xüsusi adların 
əmələ gəlməsi, xüsusiyyətləri, inkişafı və təsnifi ilə məş-
ğul olur. Onomastik vahidlər izahlı və ikidilli lüğətlərdə 
özünə hələ geniş yer tapmamışdır. Həm də bunlar qram-
matik cəhətdən lazımi səviyyədə öyrənilməmişdir. Bizcə, 
1
Dilçilik ədəbiyyatında onomastika termini xüsusi adlar haqqında təlim mənasında da işlənilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
205
onomastik vahidlər dilin leksik, qrammatik materialların-
dan törədiyinə görə lüğət tərkibinin ayrılmaz bir bölməsi 
kimi tədqiq edilməlidir.
Onomalogiyanın obyekti olan xüsusi adlar dilin lü-
ğət tərkibinin bir hissəsidir. Dilin sistemində bunlann 
özünəməxsus yeri vardır. Dildə ayrıca lay təşkil edən ono-
mastik vahidlər əlamət və xüsusiyyətlərinə görə başqa lü-
ğəvi materialdan aydın şəkildə seçilir. Eyni zamanda, bun-
ların özləri də daxilən müəyyən qruplar, sistemlər təşkil 
edir. Bu cəhət nəzərə alınaraq xüsusi adlar təsnif olunur.
Dildəki xüsusi adların əlamətləri çoxdan alimlərin diqqə-
tini cəlb etmişdir. Hələ antik dövrün mütəfəkkirləri dilin lüğət 
tərkibini iki yerə bölərək ümumi sözləri və xüsusi adları müəy-
yənləşdirmiş, xüsusi adlara aid fikirlər söyləmişlər
1
.
Qədim dövrün tədqiqatçıları Misir mətnlərindən 
xüsusi coğrafi adları seçmiş, onların təsnifini vermişlər. 
Onomastik materialın tədqiqi ayrı-ayrı dövrlərdə diqqət 
mərkəzində durmuşdur.
Lakin onomastik leksikaya olan elmi maraq daha çox 
XIX əsrdə güclənmişdir. Bu əsrdən etibarən istər Asiya-
da, istərsə də Avropanın bir sıra ölkələrində xüsusi adlara 
aid onlarca elmi-tədqiqat işləri, izahlı lüğətlər meydana 
çıxmışdır.
XIX əsrin ortalarından xüsusi adlarla təkcə dilçilər 
deyil, tarixçilər və coğrafiyaşünaslar da məşğul olmuşlar. 
XIX əsrin axırlarında xüsusi adlardan toponimlər diqqəti 
daha çox cəlb etmişdir. Bu növ leksik kateqoriyanın öyrə-
nilməsi məqsədilə elmi cəmiyyətlər və xüsusi komissiyalar 
yaradılmışdır. Əsrin sonunda Qafqazda da bu sahədə çox-
lu material toplanılmışdır
2
.
1
А.В.Суперанская. Общая теория имени собственного. M., 1973, с. 45-49.
2
Сборник материалов для описания местностей и племен Кавказа. Тифлис, 1880–1893.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
206
XX əsrin əvvəllərindən Rusiyada, İngiltərədə, Fran-
sada, Almaniya və başqa ölkələrdə xüsusi adların tədqiqi 
ilə dərin və ətraflı məşğul olunmağa başlanmışdır. İngi-
lis alimi Allan Qardiner 1940-cı ildə Londonda çap olun-
muş “Xüsusi adlar nəzəriyyəsi” adlı əsərində
1
məsələnin 
tarixinə müraciət etdikdən sonra xüsusi adların təsnif və 
təsviri məsələlərindən bəhs etmişdir.
Keçmiş sovet ölkəsində onomastik tədqiqatlar xüsu-
si olaraq inkişaf etdirilmişdir. Xüsusi adların (istər xüsu-
si şəxs adlarının, istərsə də xüsusi coğrafi adların) tədqiqi 
hətta bir sıra dilçilik institutlarında elmi iş planına daxil 
edilmişdir. Bunun da nəticəsində XX əsrin II yarısında 
sovet xalqlarının dillərindəki xüsusi adlara dair elmi 
əsərlərin, lüğətlərin sayı nəzəri cəlb edəcək dərəcədə 
çoxalmışdır. Rus alimlərindən V.A.Nikonov, A.A.Refor-
matski, B.A.Serebrennikov, A.V.Superanskaya və başqa-
ları xüsusi adlara aid problemlərin bir sıra məsələlərini 
işıqlandırmışlar. A.Superanskaya “Xüsusi adların ümu-

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin