1. ÜMumi DİLÇİLİk I indd


pəncərəyə tutdu; Artıq Firudinin gözlərində həyatın ağır və  əzablı səhnələri canlanırdı. Firudin hər gün iki saat İran ədə-



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə159/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   155   156   157   158   159   160   161   162   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

pəncərəyə tutdu; Artıq Firudinin gözlərində həyatın ağır və 
əzablı səhnələri canlanırdı. Firudin hər gün iki saat İran ədə-
biyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi”.
Cümlədə “üçün”, “ötrü”, “ilə” qoşmaları vasitəsilə də 
vasitəli tamamlıq əmələ gəlir. Məsələn: “Bu, Məşədi bəy 
üçün gözlənilməz bir hadisə deyildi. O, hərdən gəmi ilə 
dəniz səyahətinə çıxırdı” (H.Mehdi).
4. Təyin. Cümlənin ikinci dərəcəli üzvlərindən biri 
olan təyin isimlə ifadə olunmuş üzvün əlamətini bildirir. 
Buna görə də təyin cümlədə isimlə ifadə olunmuş hər han-
sı bir cümlə üzvündən asılı vəziyyətdə olur və bir qayda 
olaraq, onun əvvəlində işlənir. Təyin cümlədə, əsasən, 
sifətlə, bəzən isə isim, say, əvəzliklə ifadə olunur. Məsələn: 
“Küçədə yaşıl işıq yandı. Uşaqlar rezin topla oynayırdılar. 
O, üç qəzetə, iki jurnala abunə yazılmışdı” və s.
5. Zərflik. Cümlədə ikinci dərəcəli üzvlərdən biri olan 
zərflik xəbərə aid iş, hal, hərəkətin zamanını, yerini, sə-
bəb-məqsədəni, əlamətini, tərzini və s. bildirir. Zərflik bi-
lavasitə xəbərə tabe olur. Mənaca zərfliyin müxtəlif növləri 
özünü göstərir. Zaman zərfliyi, tərzi-hərəkət zərfliyi, yer 
zərfliyi, kəmiyyət zərfliyi, səbəb-məqsəd zərfliyi və s.
Məsələn: “Poçtalyon gələndə yol gözləyənlərin yığ-
nağı Əhməd bəyin həyətində olurdu” (B.Bayramov). “Qu-
raqlıq keçəndə tez solur gülü, Durur yetim kimi boynu 
bükülü”. “O, planı birə-beş yerinə yetirərdi” (Ə.Vəliyev) 
və s. Bu misallardakı “Əhməd bəyin həyətində” yer zərfliyi, 
“Quraqlıq keçəndə” zaman zərfliyi, “durur yetim kimi” tər-
zi-hərəkət zərfliyi, “birə-beş” kəmiyyət zərfliyidir.
Dil haqqında elmdə ənənəvi bölgüyə əsasən, dilin 
qrammatik quruluşundan bəhs edən şöbə uzun zaman 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
273
qrammatika adlandırılmışdır. Morfologiya və sintaksis 
qrammatikanın yarımşöbələri hesab olunmuşdur. Hətta 
fonetika, etimologiya qrammatika şöbəsinin tərkibində 
öyrənilirdi. Lakin sonradan bunların hər biri inkişaf edib 
zənginləşmiş və nəticədə ayrılaraq müstəqilləşmişdir. 
İndi qrammatika dedikdə ancaq morfologiya və sintaksis 
nəzərdə tutulur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin