1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə161/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   157   158   159   160   161   162   163   164   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Kiçik hərflər. Bunlara sətri hərflər də deyilir. Sətri hərf-
lər, əsasən, böyük hərflərdən əmələ gəlmişdir. Belə bir pro-
ses latın yazısında özünü aydın göstərir. Bu yazının əlifba-
sındakı kiçik hərflərin əmələ gəlməsi prosesi IV–VIII əsrlər 
ərzində davam etmişdir.
Yazıda kiçik hərflərdən istifadə qaydası oxu və yazı işi-
nin sürətini artırmaq zərurəti əsasında yaranmışdır. Kiçik 
hərfin yaranması oxu prosesinin fiziologiyası, insan gözü-
nün xüsusiyyətləri ilə bağlıdır. Belə ki, insan gözü oxu zama-
nı iri hərflərə baxanda tez yorulur, çünki gözün bir baxımda 
gördüyü hərflərin miqdarı az olur. Alimlərin müəyyən et-
diklərinə görə, oxu zamanı insan gözü üçün normal hal bir 
baxımda 10 hərf “tutmaq”dır. Kiçik hərflər böyüklərə nis-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
276
bətən daha bir xüsusiyyətə malikdir ki, bu da onların asan 
bitişməsi, bir-biri ilə bağlanmasıdır. Bütün bunlara görə ya-
zıda kiçik hərflərdən daha çox istifadə olunur.
Hərflərin quruluşu. Fonoqrafik yazılarda işlənən hərf-
lər quruluşlarına görə iki yerə bölünür: sadə hərflər, mürək­
kəb hərflər.
Adətən sadə ünsür və ya ünsürlərdən əmələ gəlmiş 
hərflər sadə quruluşlu hərf adlanır. Məsələn, l, s, o hərfləri öz 
zahiri görünüşlərinə və ünsürlərin asanlığına görə sadə-
dir. Belə sadə hərflər dünya əlifbalarının hamısında vardır.
Əlifbalarda mürəkkəb quruluşa malik hərflər də çox-
dur. Belə hərflər iki yerə bölünür: a) liqatur hərflər; b) diakri­
tik işarəli hərflər.
Liqatur hərflər. Mənşəcə latın dilinə məxsus olan li-
gature sözü həmin dildə bitişmək, əlaqələnmək mənasını 
bildirir. Dilçilikdə liqatur termini ilə adlandırılan hərflər 
iki və daha artıq hərfin yanaşması və ya bitişməsi ilə bir 
səsi bildirmək üçün müəyyənləşdirilmiş qrafem hərflərdir. 
Liqaturlar iki cür olur: a) qovuşma liqaturlar, b) yanaşma liqa­
turlar.
Bir hərfin başqa bir hərflə bitişdirilməsi əsasında 
əmələ gətirilmiş hərflər qovuşma liqaturlarıdır. Məsələn, 
türk dillərindən altay və yakut əlifbalarında sağır nun səsi-
ni bildirmək üçün “n”  “q” samitlərinin birləşməsindən 
əmələ gələn hərf belə liqaturlardandır.
İki və daha artıq hərfin vasitəsilə bir səsi bildirmək 
üçün işlədilən hərflər yanaşma liqaturudur. Məsələn, al-
man yazısında “sch” hərflər yanaşması [ş] səsinin yazıdakı 
işarəsidir. Eləcə də “jv” hərfləri tabasaran dilində dodaqla-
nan [j] foneminin, “qg” ləzgi, lak, tabasaran, avar dillərində 
lorinqal kar [h] foneminin işarəsidir.
Diakritik işarəli hərflər. Əlifbadakı bu və ya digər hər-
fin altında, üstündə, yaxud da ortasında qoyulub başqa bir 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
277
fonemi bildirmək üçün istifadə olunan işarələrə dilçilik el-
mində diakritik işarə deyilir. Məsələn, Azərbaycan əlifbası-
nın çap formasında s hərfindən şc hərfindən ç, g hərfindən 
ğ diakritik işarəsi ilə düzəlmişdir.
Yazılarda hərfin altında və üstündə işlənən işarələ-
rin tələffüz olunmasının hamısı diakritik işarə deyildir. 
Məsələn, uzun, yaxud qısalığını və digər əlamətləri bildir-
mək üçün fonetik transkripsiyada istifadə olunan işarələr 
diakritik işarə hesab olunmur. Ərəb hərflərinin nöqtələri 
diakritik işarələrdir. Çünki onlardan istifadə əsasında bu 
və ya digər bir hərf başqa səsi bildirir.
Hərflərin formaları. Hərflərin iki forması vardır. Bun-
lardan biri əlyazması, digəri isə çap formasıdır.
Bütün əlifbalarda hərflərin çap və əlyazması formala-
rının fərqləri ancaq yazı texnikası ilə bağlıdır.
Qrafikanın əsas vəzifələrindən biri hərflərin çap forma-
sının əmələ gəlməsini aydınlaşdırmaq, bu hərflərin sabitləş-
mə tarixini müəyyənləşdirməkdən ibarətdir. Ayrı-ayrı əlif-
balar müqayisə edildikdə qohum əlifbaların hərflərinin eyni 
ünsürdən və eyni yolla yarandığı aydın olur. Məsələn, bizim 
müasir əlifbamızın çap hərfləri və onun qohum olduğu əlif-
balardakı qrafemlər iki əsas ünsürün müxtəlif kombinasiya-
sından əmələ gəlmişdir. Bunlardan biri düz xətt (l), ikincisi 
yarımoval (s) işarəsidir. Azərbaycan əlifbasındakı hərfləri 
də bu ünsürlərin iştirakına görə 3 qrupa bölmək olar:
1) düz xəttin müxtəlif formada çəkilməsi ilə yaranan 
hərflər: A, E, J, K, Y, L, M, N, T, U, Ü, X, H;
2) yarımovaldan əmələ gəlmiş hərflər: Ç, C, O, Ö, Z, S, Q, 
G, D;
3) hər iki ünsürün kombinasiyasından yaranan hərflər: 
B, Ə, R.
Böyük çap hərflərinin yazılışca sətri hərflərlə bir-biri nə 
uyğun gələni olduğu kimi, fərqlənənləri də vardır; məsələn:


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
278

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin