Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
282
məsələn,
prof. (professor),
dos. (dosent),
səh. (səhifə),
yol. (yoldaş),
akad. (akademik)... Bu prinsipdən hələ
antik latın yazılarında geniş istifadə olunmuşdur.
3. Kontraksiya prinsipi. Sözün ortasından hərfləri ixtisar
edərək yazmaq prinsipi
kontraksiya adlanır; məsələn:
f-k (fabrik),
dr (doktor),
z-d (zavod)...
Bu prinsipə də qədimdə latın yazılarında geniş yer
verilmişdir.
Göstərilən prinsiplər və eləcə də onlarca belə prinsip
ümumi əsas orfoqrafik prinsip sayılmır. Əsas orfoqrafik prin-
sip üçün xüsusi meyar vardır. Həmin meyara görə, orfoqra-
fik prinsip geniş əhatəli olmalı və bir neçə dilin yazısında az
və ya çox dərəcədə öz əksini tapmalıdır. Fonetik prinsipdən
yazıların, demək olar ki, əksəriyyətində istifadə olunur. Elə
buna görə də o, əsas orfoqrafik prinsiplərdən biri hesab edilir.
Əsas orfoqrafik prinsiplər haqqında dilçilikdə müxtə-
lif fikirlər mövcuddur. A.A.Reformatski 6 əsas prinsip (fo-
netik və fonematik, etimoloji və tarixi-ənənəvi, morfoloji
və simvolik) olduğunu göstərmişdir
1
. Başqa dilçilər isə
3 əsas orfoqrafik prinsip (fonetik, morfoloji və ənənəvi)
müəyyənləşdirmişlər
2
. Bu sonuncu fikir dilçilər tərəfindən
məqbul hesab edilir. Orfoqrafiyanın əsas prinsiplərinin
hər biri – fonetik, morfoloji və ənənəvi prinsipi müəyyən
əlamətlərə malikdir.
Dostları ilə paylaş: