Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
283
Morfoloji prinsip. Ümumxalq dilində bu və ya başqa mor-
femin, əsasən, budaq morfemlərin bir neçə variantda tələffüz
edildiyini görmək olur. Eyni morfemin danışıqda olduğu kimi
bir neçə formada yazılması orfoqrafiyanı son dərəcə ağırlaşdıra
bilir. Buna görə də bir neçə şəkildə tələffüz edilən morfemlərdən
yazıda ancaq birinin qəbul edilməsi məqsədəuyğun sayılır.
Müxtəlif şəkildə tələffüz olunan morfemlərin bir for-
mada yazılması
dilçilikdə morfoloji prinsip adlanır. Azər-
baycan yazısında cəm şəkilçilərinin ahəngə görə
-lar, -lər
yazılması morfoloji prinsipə əsaslanır.
Orfoqrafiyada vahid qaydalar
yaratmaqda morfoloji
prinsip xüsusi əhəmiyyətə malikdir.
Ənənəvi prinsip. Bəzi dillərdə sözlərin yazılışı tələffüz
olunduğu formadan çox fərqlənir. Məsələn, fransızlar keç-
mişdə bu və ya başqa sözü necə tələffüz etmişlər və ona uy-
ğun necə yazmışlarsa, indi də həmin ənənəni saxlayırlar.
Keçmişdəki tələffüzə əsaslanan yazı
prinsipi ənənə
vi, yaxud
tarixi və yaxud da
tarixi-ənənəvi prinsip adlanır.
Ənənəvi prinsip əsasında yazmağa, demək olar ki, az və
ya çox dərəcədə bütün fonoqrafik yazılarda təsadüf edilir.
Məsələn, bizim yazımızda
əlbəttə və
hətta sözləri ənənəvi
prinsipə uyğun yazılır.
Müasir milli orfoqrafiyaların hər birində bu üç prin-
sipdən istifadə edilir. Lakin yazıda prinsiplərdən istifadə
dərəcəsi eyni olmayıb, fərqlənir. Belə ki, bu və ya başqa
bir yazıda fonetik prinsipə daha çox əsaslanıldığı halda,
digərində bu prinsip həlledici olmur.
Müəyyən bir or-
foqrafiyada ən çox istifadə olunan prinsip
aparıcı prinsip
adlanır. “Hər bir orfoqrafik sistemi aparıcı prinsip müəy-
yənləşdirir. Onun əsas orfoqrafiya qaydaları bu aparıcı
prinsip üzərində qurulur”
1
. Məsələn, Azərbaycan orfoq-
1
А.А.Реформатский. «Введение в языковедение». M., 1967, c. 376.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
284
rafiyasının aparıcı prinsipi fonetik, rus orfoqrafiyasındakı
morfoloji
1
, ingilis orfoqrafiyasındakı isə ənənəvi prinsip
hesab olunur.
Aparıcı prinsiplər daimi və stabil deyil. Belə ki, bu və
ya başqa yazıdakı aparıcı prinsipi müəyyən dövrdən sonra
başqa prinsip əvəz edə bilir. Bu təbii hala, mütəxəssislərin
yazdıqlarına əsasən, Birma orfoqrafiyasını
misal göstər-
mək olar; qədimdə Birma orfoqrafiyası üçün aparıcı prin-
sip
fonetik prinsip hesab olunurdu,
lakin son dövrlərdə
onu ənənəvi prinsip əvəz etmişdir.
Mənimsənilməsinə az qüvvə sərf olunan orfoqrafiya
asan və yaxşı hesab edilir. Lakin həddindən çox “qaydala-
rı” və “müstəsnaları” olan orfoqrafiya çətin olduğu üçün
müsbət xarakterizə edilmir.
Dostları ilə paylaş: