Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
286
Müstəqil şöbə olan leksikoqrafiyanın
özünəməxsus
mövzusu və vəzifələri vardır. Adətən, alimlər leksikoqrafi-
yanın mövzu və həcmini müəyyən etmək üçün onu leksi-
kologiya, etimologiya və semasiologiya ilə qarşılaşdırırlar
1
.
Belə qarşılaşdırma əsasında leksikoqrafiyanın etimologi-
yaya, eləcə də digər şöbələrə olan münasibəti aydınlaşır və
sərhədi müəyyənləşir.
Leksikoqrafiya dedikdə
həm lüğət yaratmaq sənəti,
həm də lüğət işləri haqqında linqvistik təlim təsəvvür olu-
nur. Bu şöbədə hər iki məsələ vəhdət təşkil edir. Leksiko-
qrafiyada nəzəri məsələlərdən
bəhs olunarkən lüğətlərin
tipləri, növləri, quruluşu, bunların tərtib metodu və prin-
siplərinin elmi əsasları şərh edilir;
ümumiyyətlə desək,
leksikoqrafik işin bütün ümumi-nəzəri problemləri aydın-
laşdırılır.
Leksikoqrafiya dilçiliyin ən qədim şöbələrindəndir.
Hələ uzaq keçmişdə Hindistan alimləri sözləri toplamaq
və onları izah etməklə məşğul olmuşlar. Eradan əvvəl VI
əsrdə hind dilçisi
Amara
2
sanskrit dilinin sözlərindən lüğət
yaratmışdır. Hindlilər həmin lüğəti “
Amarakoşa” adlandır-
mışlar ki, bunun da mənası “
Amaranın lüğəti” deməkdir.
Yenə də Hindistanda eradan əvvəl V əsrdə dilçi alim
Yaska
böyük leksikoqrafiya işləri aparmışdır.
Bizim eranın əvvəllərindən
lüğət işləri müxtəlif
ölkələrdə inkişaf etməyə başlamışdır. Eramızın II əsrində
Çin alimlərindən
Lyu Si çin dilinin mükəmməl lüğətinin
əsasını qoymuşdur. Həmçinin VIII əsrdə ilk dəfə olaraq
ərəb dilinin lüğəti (
“Kitab əl-ain”) yaradılmışdır.
Leksikoqrafiya işlərinə
olan maraq XV əsrdən daha
da güclənmiş və bir sıra dillərə aid yeni xarakterli lüğətlər
1
Bax: Х.Касарес. «Введение в современную лексикографию». M., 1958, c. 27, 42, 62.
2
Bu dilçinin adı bəzi kitablarda Amarusipxa kimi yazılır.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
287
meydana çıxmışdır. Əgər XVI–XVIII əsrlərdə lüğət məc-
muələrinin çapı diqqəti cəlb edirdisə, XIX əsrdə lüğət işlə-
rinin nəzəri məsələləri dilçilikdə mühüm yer tuturdu.
Müasir dövrə kimi dünya dilçiliyində külli miqdarda
müxtəlif lüğətlər meydana çıxmışdır. Bütün bu lüğətlər iki
böyük tipə bölünür:
enskilopedik lüğətlər, linqvistik lüğətlər.
Dostları ilə paylaş: