Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
324
sitəsindən də istifadə etmişlər. 1402–1405-ci illərdə ispanlar
Homer adasını zəbt etmiş və orada yaşamışlar.
Bu zaman
yerli xalqın – quançeslərin öz dilləri sıradan çıxmış, onlar
ispan dilinin bir dialektində danışmağa başlamışlar. Həmin
vaxtdan onların fit dilləri də ispan dialektinə əsaslanmışdır.
Tədqiqatçılar fitlə ünsiyyətin yerli şəraitdən irəli gə lə-
rək meydana çıxdığını söyləyirlər. Belə ki, Homer adası dağ-
lıq, dərəlik yerdir. Burada sıldırımlı zirvələrin, uçurumların
sayı-hesabı yoxdur. Yollar son dərəcə pis haldadır. Kəndlər
arasında gediş-gəliş təhlükəlidir. Kiçik bir gəzinti, deyilənə
görə, böyük zəhmət və əziyyətə səbəb olur.
Bu çətinliyin
tələbi əsasında adanın sakinləri özlərindən bir qədər uzaq-
da olana təcili nəsə demək istəyəndə fit vasitəsilə müraciət
edirlər. Deməli, fit dili məlumatı uzaq məsafəyə çatdırmaq
vasitəsi olmuşdur. Homer adasının müasir sakinləri indi,
keçmişdən fərqli olaraq, başqa ölkələrdən gələnlər arasın-
da bir-biri ilə gizli danışmaq və ya onları təəccübləndirmək
üçün də fit dilindən istifadə edirlər.
Fit dili ispanca
silbo adlanır. Silbo ilə danışanlara isə
sil
bodor deyilir. Silbo böyük güc və enerji tələb edir. Buna görə
də hamı eyni dərəcədə fit verə bilmir, burada bəzi adamlar
fərqlənir. Məharətlə fit verə bilənlər
rekord silbodor, adi fitlə
“danışmağı” bacaranlar isə
orta silbodor hesab olunur. Orta
silbodorun fiti 8, rekord silbodorun fiti isə 14 kilometrdən
eşidilir
1
. Bundan əlavə, hər bir silbodorun fərdi üslubu var-
dır. Bunun əsasında onlardan biri digərindən fərqlənir. Hətta
fitin sahibini də bilmək olur. Silbo əraziyə görə də fərqlənir.
Belə ki, adanın müxtəlif sahələrində silbonun səsi xarakterinə
görə seçilir. Bu, bir növ, ləhcə fərqini xatırladır.
Silbo səsi çox güclü və qulaqbatırıcı olur. Adətən,
bunu alimlər parovoz fiti ilə müqayisə edirlər
2
. Elmi məlu-
1
Сильбо Гомеро. «Наука и жизнь», 1964, № 11.
2
Георгий Польской. Необыкновенный язык». «Boкруг света», 1957,№ 9.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
325
matlara görə, silboda səsin tonu həlledicidir. Bu danışıqda
səsin tonu ağız boşluğu vasitəsilə variantlaşdırılır.
Silbo ünsiyyətinin xüsusi prinsipləri mövcuddur. Bu
prinsiplər bir çox tədqiqatçıların nəzərini cəlb etmişdir. Fransız
professor
Andres Klass Homer adasında olmuş və silbonun
xüsusiyyətlərini öyrənmişdir. O,
silbonun bir çox xarakterik
cəhətlərini izah edə bilmişdir. Bundan başqa, bir sıra alim-
lər silbo səslərini aydınlaşdırmağa çalışmış və buna müxtəlif
cəhətdən yanaşmışlar. Bunlardan biri və ən maraqlısı silbo
dilinə musiqilik baxımından yanaşılmasıdır. Bəzi tədqiqatçı-
lar silbonun musiqi ilə əlaqədar olduğunu söyləmişlər. Buna
görə də silbo səsinin tonuna müvafiq musiqi yazmışlar. Lakin
bu musiqini heç bir silbodor ünsiyyət vasitəsi kimi başa düş-
məmişdir. Bununla da aydın olmuşdur ki, silbonun musiqi ilə
əlaqəsi yoxdur. Silbo tədqiqatçılarının bəziləri isə silboda səsin
tonunun adi dilin sait səslərinə uyğun gəldiyini bildirmiş və
bunları “ifadənin fonetik skeleti” adlandırmışlar.
Silbonun texnikası da maraqlıdır. O öz texnikasına
görə adi fitvermədən çox-çox mürəkkəbdir. Belə ki,
bu cür
fit verilərkən, əsasən, barmaqların
köməyindən istifadə
olunur. Bu, silbonun tələbindən irəli gəlir. Tədqiqatçılar
fitçalmanın 6 üsulunu müəyyən etmişlər. Bunlardan beşi
barmaqların köməyi ilə, biri isə barmaqdan istifadə etmə-
dən danışmaq üsuludur. Barmaqların köməyi ilə fitvermə
üsulunun dördündə ancaq bir barmaqdan (baş, şəhadət və
kiçik barmaqdan), birində isə iki barmaqdan istifadə olu-
nur. Sonuncu üsulda hər iki əlin üçüncü barmaqları ağız
boşluğuna keçirilir və dilin ucu ilə birləşdirilir. Nəhayət,
qüvvətli hava axını ilə güclü fit yaradılır.
Barmaqların köməyi olmadan fit çalınanda dilin ucu
sərt damağa toxunur və yenə də maksimum qüvvə ilə fit
yaradılır. Bu, ən çətin üsuldur. Ona görə də bu üsuldan
daha çox təcrübəli silbodorlar istifadə edirlər.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
326
Elmi ədəbiyyatda uzun
illər silbonun ancaq Homer
adasında və ümumiyyətlə,
dünyada yeganə olduğu fikri
hökm sürməkdə idi. Lakin son zamanlar elm aləminə ay-
dın olmuşdur ki, Homer silbosu heç də vahid möcüzə deyil.
Belə bir dilə Hindistanın şimalında da təsadüf edilmişdir.
Fitlə fikri ifadə etməyə müxtəlif yerlərdə rast gəlmək
olur. Bundan müxtəlif ixtisas sahibləri şərti məna əsasında
istifadə edirlər.
Şübhə etmək olmaz ki, bütün bunlar dil deyil, müəy-
yən şərti siqnallardır.
Bəzi ölkələrdə fit ünsiyyətinin əksini təşkil edən
pı-
Dostları ilə paylaş: