1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə199/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   195   196   197   198   199   200   201   202   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

DİL VƏ SİNİFLƏR
Dili üstquruma aid edən dilçi alimlər dilin sinfi xa-
rakterli hadisə olduğunu iddia etmişlər. Bunun əsasında 
dilin sinfiliyi nəzəriyyəsi meydana çıxmışdır. Bu nəzəriy-
yənin başlıca nümayəndəsi olan N.Y.Marr yazırdı: “Sin-
fi olmayan dil yoxdur və eyni zamanda, sinfi olmayan 
təfəkkür də yoxdur”
2
. Bu səhv fikirlər Marrın öz sağlı-
ğında və həmçinin sonralar onun ardıcılları tərəfindən də 
genişləndirilmişdir.
Alimlər dilin sinfiliyi nəzəriyyəsində nəyə əsaslan-
mışlar? Dilin sinfiliyini müdafiə edənlər burjuaziya ilə 
proletariatın mənafelərinin müxtəlif olduğunu görmüş və 
1
Общее языкознание, M., 1970, с. 438-439.
2
H.Я.Mapp. Избранные работы, т. 3, M.-Л., с. 91.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
346
cəmiyyətin vahid deyil, siniflərə bölündüyünü nəzərə ala-
raq, cəmiyyət üçün vahid dilin olmasını zəruri hesab etmə-
mişlər
1
. Bunun əsasında isə cəmiyyətin bütün siniflərinin 
və o cümlədən burjuaziyanın və proletariatın müstəqil sin-
fi dili olduğunu sübuta yetirməyə cəhd göstərmişlər. Eyni 
zamanda, bu nəzəriyyənin tərəfdarları dilin ideoloji xa-
rakter daşımayıb, hər cür fikrin məzmununu ifadə etmək 
vasitəsi olduğunu da nəzərə almamışlar
2
. Bütün bunların
nəticəsində dilin təbiəti haqqındakı fikirlərdə böyük səhvə 
yol vermişlər.
Dilin sinfiliyi nəzəriyyəsinin tərəfdarları dil hadisələ-
rini son dərəcə vulqarlaşdırmışlar. Məsələn, N.Y.Marr belə 
hesab etmişdir ki, guya eyni xalqın ayrı-ayrı siniflərinin 
dili bir-birindən fərqlidir. Buna görə də bir xalqın kəndli-
si həmin xalqın zadəganının danışdığını başa düşmür. Bu 
fikrin doğru olmadığını göstərən konkret bir nümunəyə 
nəzər yetirək. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xa-
ni-Lənkəran” (XIX əsr) əsərində bir-birinə zidd olan sinif-
lərin nümayəndələri danışdırılır.
Ərizəçilərdən birisi: – Xan, başına dönüm ərzim var!..
Xan: – Kişi, de görüm, ərzin nədir?
Əvvəlimci ərizəçi: – Xan, başına dönüm, bu gün atımı çaya 
suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi 
qabaqdan gəlirdi; çağırdım, a kişi, Allah xatiri üçün bu atı qay­
tar. Əyilib bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə 
dəyib töküldü. İndi at məsrəfdən çıxıbdır; diyəsini istəyirəm, ver­
mir; mənim ilə cəngü cədəl edir.
Xan (ikinci ərizəçiyə): – A kişi, belədir?
İkinci ərizəçi: – Başına dönüm, belədir, amma mən qəsdən 
daş atmamışam.
1
A.A.Реформатский. Введение в языкознание. M., 1967, c. 15.
2
Общее языкознание, M., 1970, с. 129.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
347
Xan: – Pərpuç danışma; qəsd olmasa, necə daşı götürüb at­
maq olar?! Sənin də atın varmı?
İkinci ərizəçi: – Vardır, başına dönüm.
Xan (əvvəlimcə ərizəçiyə): – A kişi, sən də get, vur bunun 
atının bir gözün çıxart”.
Bu danışıqda, yəni xanla kəndlilərin dialoqunda ay-
dınlıq baxımından fərq varmı? Göründüyü kimi, onlar 
bir-birini çox aydın başa düşürlər.
Dildə sinfiliyi müdafiə edənlər sinfilik anlayışını 
qrammatik materiallar əsasında sübut etməyə çalışmışlar.
N.Y.Marr nitq hissələrinin hallanmasını sinfi adlan-
dırmış və adlıq halı tabe edən, digər halları tabe olunan 
hesab etmişdir. Eləcə də cümlə üzvlərində sinfilik əlaməti 
axtarmış, baş üzvləri hakim təbəqəyə, ikinci dərəcəli üzv-
ləri isə məhkum təbəqəyə oxşatmış, cümlə üzvləri arasın-
dakı uzlaşmanı sinfi əlamət kimi qiymətləndirmişdir.
Bir məsələni unutmaq olmaz ki, cəmiyyətin siniflərə 
bölünməsi dilə bu və ya digər cəhətdən təsir edir, lakin 
heç vaxt dili sinfi xarakterli hadisəyə çevirə bilmir. Siniflər 
dildən öz mənafeləri üçün istifadə edirlər, onlar dilə həyat 
tərzləri, məqsəd və amalları ilə əlaqədar öz söz və ifadələri-
ni daxil edirlər. Məsələn, yuxarı təbəqənin nümayəndələri 
bir çox hallarda mənası geniş kütləyə aydın olmayan əcnə-
bi söz və ifadə işlədirlər. Zəhmətkeş kütlə isə dilə əməyin 
müxtəlif sahələri ilə bağlı leksik ünsürlər gətirir və s. Bunlar 
heç də iki zümrəyə aid nümayəndələrin xüsusi dili oldu-
ğunu şərtləndirmir.
Hər bir xalqın ancaq vahid ümumi dili olur. Bu dil ya-
randığı zamandan etibarən, xidmət etdiyi cəmiyyət üzvləri 
arasında heç bir fərq qoymadan bütün üzvlər üçün eyni 
dərəcədə ünsiyyət vasitəsi rolunu daşıyır. Deməli, dil öz 
təbiətinə görə sinfi deyildir və bu, onun əlamətdar spesifik 
cəhətlərindəndir.


348

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin