1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə203/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   199   200   201   202   203   204   205   206   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Azərbaycanca
İt hürür
At kişnəyir
Toyuq qaqqıldayır
Külək vıyıldayır
Su şırıldayır
Rusca
Собака гавкает
Лошадь ржет


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
358
Курица кудахчет
Ветер воет
Вода журчит
Səs təqlidi nəzəriyyəsinə əsaslanılsa, bu sözlər hər iki 
dildə eyni səs tərkibinə malik olmalı idi. Təbiətin eyni səsi-
nin müxtəlif dillərdə başqa-başqa səslərlə ifadə olunması, 
əsasən, dillərin fonetik xüsusiyyəti ilə bağlıdır. Məsələn, 
gürcü dilində (f) səsi, yapon dilində (l) səsi olmadığı üçün 
bu dillərdə danışanlar tərkibində həmin səslər olan təbiət 
səslərini olduğu kimi tələffüz edə bilmirlər. Bundan əlavə, 
səsi necə eşitmək və necə adlandırmaq da xalqdan asılıdır. 
Məsələn, suyun şırıltısını biz “şir” adlandırırıq, lakin rus-
lar “jur” (çit) adlandırırlar və s.
7. Nəhayət qeyd etməliyik ki, bu nəzəriyyədə dilin 
yaranmasının ictimai mahiyyəti nəzərə alınmamışdır. Belə 
bir cəhət isə dilin mexaniki olaraq əmələ gəlməsi fikrinə 
aparıb çıxarır. Deməli, unudulur ki, dilin əmələ gəlməsi 
səbəbi onun ictimai mahiyyəti ilə bağlıdır.
Bütün bu qüsurları ilə yanaşı, səs təqlidi nəzəriyyə-
sində həqiqətə uyğun cəhətlər də vardır. Həmin nəzəriyyə 
bəzi sözlərin haradan əmələ gəldiyini düzgün başa düş-
məyə istiqamət verir. Həqiqətən, hər bir dildə səs təqlidi 
əsasında əmələ gəlmiş müəyyən miqdar sözə təsadüf et-
mək olur. Belə sözlər aid olduğu dilin obrazlılığında xüsusi 
rola malikdir. Məsələn, aşağıdakı nümunələrə fikir verək:
Cib-cib, cib-cib, cücələrim, mənim əziz cücələrim” 
(T.Mütəllibov). “Tramvayların səsi, maşınların gurultusu
bir-birinə qarışmışdı” (Ə.Qasımov). Biri var idi, biri yox idi, 
bir cik-cik sərçə xanım var idi. Bir az keçmişdi, bir də gör-
dülər bir şey tappıltı ilə quyuya düşdü. Tülkü özünü saxla-
ya bilməyib quyuya tullandı, guppultu ilə quyunun dibinə 
düşdü. Bir az keçmişdi, bir zorba qurd quyudakı daşı quy-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
359
ruq hesab eləyib atıldı, şappıltı ilə quyunun dibinə düşdü 
(“Azərbaycan nağılları”).
Körpə uşaqlar da təqlidi sözə meyil edirlər; məsələn, 
onlar, adətən, it əvəzinə hav-hav, cücə əvəzinə cib-cib kimi 
sözləri işlədirlər.
Dilin əmələ gəlməsinə dair səs təqlidi nəzəriyyəsinin 
ayrı-ayrı əsrlərdə çoxlu tərəfdarları olmuşdur. Bu nəzəriyyə 
XVII əsrdən başlayaraq daha da geniş yayılmış və inkişaf 
etdirilmişdir. Həmin əsrin sonu və XVIII əsrin əvvəllərin-
də alman mütəfəkkirlərindən Q.Leybnits bu nəzəriyyənin 
prinsiplərini qızğın müdafiə etmişdir. O, müxtəlif dəlillərlə 
dilin səs təqlidi əsasında əmələ gəldiyini sübut etməyə çalış-
mışdır. Hazırda bir sıra xarici ölkələrdə bəzi dilçilər və eləcə 
də dillə maraqlanan bir çox filosof alimlər dilin mənşəyinə 
dair səs təqlidi nəzəriyyəsini əsas nəzəriyyə hesab edirlər. 
Bu nəzəriyyənin müasir tərəfdarları antik dövrün səs təqlidi 
müddəalarından heç cür ayrıla bilmirlər.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin