Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
376
heyvan ovlamışlar. Böyük heyvan ovlamaq yeni alət, yeni si-
lah tələb etmişdir. Bu tələbin əsasında ilk adamda düşüncə
yaranmış, fikir əmələ gəlmişdir. İlk insanın “ağıllı hərəkəti”
nəticəsində əmək alətləri çoxalmış, daş alətlər – daş balta, daş
bıçaq və sair meydana çıxmışdır. Qədim insanlar oddan isti-
fadə etməyi öyrənmişlər (odu sinantrop əldə etmişdir). Özlə-
rinə sığınacaq hazırlamışlar. Bu dövrdən əmək bölgüsü baş-
lamışdır. Belə ki, dəstənin bir qrup adamı ova getmiş, başqa
bir qrupu yaşayış yerində qalıb aramsız olaraq tonqal qala-
maqla odu sönməyə qoymamışdır. Bütün bunlar düşüncəli
şəkildə edilmişdir. Düşüncəli halda əmək yerinə yetirilməyə
başlanıldıqdan sonra dilə ehtiyac daha da artmışdır. Lakin ilk
insanda mövcud olan ünsiyyət vasitəsi hələ çox-çox zəif idi.
Bəzi fərziyyələrə görə, pitekantropun danışığı 10–15 səsdən
ibarət olmuşdur. Pitekantropun danışığı
ilə avstralopitekin
“nitqi” arasındakı fərq bunların vəzifəsində idi. Belə ki, möv-
cud mülahizələrə görə, əgər avstralopitekdə meydana gələn
səs siqnal xarakteri daşıyırdısa, pitekantropda bunun vəzifəsi
dəyişmişdi
1
. Yəni pitekantropun çıxardığı səs ilk dəfə hərəkə-
tin siqnalı, sonradan isə birgə fəaliyyət üçün hamını hərəkətə
gətirən ictimai ünsiyyət vasitəsilə olmuşdur.
Miqdarca az
olub, üzvlərinə bölünməyən pitekantrop
səsləri get-gedə
çoxalmış, bu və ya başqa “əşya və hadisə bildirmişdir”.
Dostları ilə paylaş: