1. ÜMumi DİLÇİLİk I indd


Qədim insan və onun dilinə dair



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə212/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   208   209   210   211   212   213   214   215   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Qədim insan və onun dilinə dair
Tarixin uzaq keçmişində ilk adamları – pitekantropları 
qədim insanlar əvəz etmişdir. Elmi dildə qədim insana paleon-
trop, yaxud neandertal adamı da deyilir. Bu insan tipinin adı 
Neandertal deyilən yerin adı ilə bağlıdır
2
. Neandertal Qərbi Al-
maniyada mənzərəli vadilərdən biridir. 1856-cı ildə burada in-
1
А.А.Леонтьев. Возникновение и первоначальное развитие языка. M., 1963, с. 45.
2
Neandertal — “Neander” xüsusi şəxs adıdır, “tal” isə almanca “vadi” deməkdir. Həmin şəxsin 
şərəfinə mənzərəli vadilərdən biri “Neandertal”, yəni “Neander vadisi” adlandırılmışdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
377
san sümükləri tapılmışdı. Həmin sümükləri tədqiq edən alim-
lər müxtəlif fikirlər söyləmişlər. Bir qrup alim bunların insan 
tipinə aid olduğunu bildirmişdir. Həqiqətən də sonrakı axta-
rışlar bu fikri təsdiq etmişdir. Neandertal adamının sümükləri 
bir çox ölkələrdə, o cümlədən SSRİ-də, Fransada, İngiltərədə, 
Çexoslovakiyada, İspaniyada və başqa yerlərdə də tapılmışdır.
Azərbaycan da qədim insanın məskəni olmuşdur. 
Hadrut rayonundakı mağarada qədim insanın yaşadığı 
müəyyən edilmişdir. 1968-ci ildə mağarada qədim adamın 
alt çənəsi tapılmışdır. Alimlərimiz mağarada yaşamış qə-
dim insanları azıxantrop adlandırmışlar.
Neandertal adamı zahirən müasir adamlardan çox-
çox fərqli imiş. İndiki təsəvvürə görə, bu insan tipi də çir-
kin olmuş, onların alnı enli, üzü uzun formada imiş. Ümu-
miyyətlə, sir-sifətləri meymunu xatırladırmış.
Qədim insanlar da dəstə halında yaşamışlar. Bu 
dəstələr minlərlə olub müxtəlif coğrafi əraziyə yayılmışlar. 
Qədim insanlar mağaralarda, qaya altında məskən salıb ya-
şayırdılar. Onlar hətta düzənlik yerlərdə də düşərgə, “da-
yanacaq” salmışlar. Qədim adamın həyat tərzi son dərəcə 
ağır və işgəncəli idi; yaşamaq üçün həmişə təbiətlə müba-
rizə aparmalı olmuşlar. Qışın şaxtası, payızın, yazın leysan 
yağışı, küləyi onları çətinliyə salıb ölümlə hədələmiş, daim 
düşünməyə, yeni-yeni vasitələr axtarmağa məcbur etmiş-
dir. Qədim insanlar soyuqdan qorunmaq üçün mağarada 
tonqal qalayıb ətrafında qızınmışlar. Əmək onların həyat 
tərzini dəyişməsində, yeni növ yem əldə etməsində və ümu-
mi inkişaflarında xüsusi rol oynamışdır. Qədim insanların 
əlləri çox inkişaf etmişdi. Daşdan müxtəlif zəruri alətlər ha-
zırlaya bilirdilər. Neandertal adamları daş alət hazırlamaq-
da böyük nailiyyətlər qazanmışdılar. Sümükdən və sonra 
ağacdan da alət və silah düzəltmişdilər. Ov üçün dəyənək 
hazırlayıb, ucunu odda yandıraraq şiş vəziyyətə salmaq qə-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
378
dim adamın düşüncəsinin nəticəsi idi. Bunlar ovçu cəldliyi 
və bacarığına malik idilər. Belə adamlar mağara ayısından 
tutmuş çox müxtəlif vəhşi heyvanları ovlamışlar. Ov za-
manı müxtəlif üsullardan istifadə etmişlər. Get-gedə əmək 
alətlərinin çoxalması və oddan istifadə olunması insanlığın 
inkişafı tarixində böyük əhəmiyyət kəsb etmişdir. Məlum 
olduğu üzrə, insan öz varlığında üç nailiyyəti ilə: birinci-
si, əmək aləti hazırlaması, ikincisi, ocaqdan istifadə etməsi, 
üçüncüsü isə səsli dili yaratması ilə fəxr etmişdir.
Bəs neandertal adamında nitqin – səsli dilin vəziyyəti 
necə idi? Hər şeydən əvvəl deməliyik ki, təməli hələ insan-
laşmanın başlanğıcından qoyulmuş, lakin bəsit olan danı-
şıq dil neandertal dövründə də insanın özü ilə birlikdə for-
malaşma yolu keçmişdir. Qədim insan dəstələrində məişət 
çox yavaş dəyişirdi. Buna müvafiq olaraq danışıq – dil də 
azacıq inkişaf edirdi. Hər dəstədə danışığın – dilin inkişafı 
müstəqil idi. Buna görə də şəraitlə əlaqədar dəstələrdə da-
nışığın inkişafı bir-birindən fərqlənirdi. Bu ayrı-ayrı dəstələr 
zaman keçdikcə birləşib böyük dəstələr və nəhayət, bəsit cə-
miyyət yaratmışlar. Belə bəsit cəmiyyətdə dəstə dillərindən 
biri ümumi olmuş, hamı ondan istifadə etmişdir. Cəmiyyət 
inkişaf etdikcə yeni-yeni əmək alətləri, istehsal prosesi ya-
ranmış və bunlar dilin inkişafına öz təsirini göstərmişdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin