1. ÜMumi DİLÇİLİk I indd


Şəkil 3. Ağciyərlərin hərəkəti



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə216/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   212   213   214   215   216   217   218   219   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Şəkil 3. Ağciyərlərin hərəkəti
nəfəsalma
nəfəsvermə


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
386
Tənəffüs nəfəsalma və nəfəsvermədən ibarətdir. Nə-
fəs alma prosesində səs yaratmaq mümkün deyil. Səs an-
caq nəfəsvermə zamanı əmələ gəlir. Elə buna görə də nitq 
tənəffüsündəki nəfəsalma nəfəsverməyə nisbətən, təx-
minən, 7 dəfə qısadır. İnsan nitq tənəffüsündə ağızdan 
nəfəs alır. Bu ona görədir ki, ağız buruna nisbətən dəfələrlə 
genişdir və bu, həm dərin, həm də ani tezlikdə nəfəs alma-
ğa lazımi imkan verir. İnsan heç vaxt sözün və ya ifadənin 
ortasında nəfəs almır. Nitq prosesində nəfəsalma, pauza 
ifadədən, sintaqmdan sonra olur
1
.
Məlumdur ki, dildəki çoxhecalı sözləri, ifadə və cümlələ-
ri tələffüz etmək üçün davamlı (uzadılmış) nəfəsvermə tələb 
olunur. Belə bir keyfiyyət üçün, yəni udulmuş hava həcminin 
kəmiyyətini artırmaq üçün ağciyərlərin xüsusi inkişafı lazım 
idi. Məhz ağciyərlərin bu istiqamətdəki inkişafı ilk insandan 
başlamış və müasir insana qədər davam etmişdir.
Nəhayət deməliyik ki, danışıq səslərinin yaranmasın-
da xüsusi əhəmiyyət kəsb edən ağciyərlərin rolu aşağıda-
kılardır: a) ikiistiqamətli (daxilə və xaricə) hava axını ya-
ranmasında baza təşkil edir; b) müxtəlif səslərin yaranması 
üçün hava axınını tələbata uyğun tənzim edir.
Nitq prosesində hava axını ağciyərlərdən bronxlara 
daxil olur.
Bronxlar. Bronxlar nəfəs borusunun aşağı hissəsində 
yerləşir. Nəfəs borusunun ağciyərə birləşən hissəsi sağ və 
sol budaqlara bölünür ki, bunlara bronx deyilir. Bronxlar 
həcmcə bir-birindən fərqlənir. Belə ki, sol bronx sağ bronx-
dan bir qədər gendir.
Bronxlar ağciyərlərə daxil olduğu yerdən başlayaraq 
çoxlu budaqlara – bronxlara ayrılır və bunlar müxtəlif is-
1
Yeri gəlmişkən deməliyik ki, nəzəri cəhətdən “nitq tənəffüsü”nün xüsusiyyətləri heç də 
lazımi dərəcədə şərh edilməmişdir. Bu barədə dilçilik elmi öz sözünü deməlidir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
387
tiqamətdə yayılaraq udulmuş havanı ciyərdə paylayır. 
Bronxların ağciyərdə şaxələnməsi qol-budaqlı nəhəng 
ağacı xatırladır. Bu oxşarlığı nəzərə alıb mütəxəssislər onu 
bronx ağacı adlandırırlar.
Səsin yaranmasında əsas bronxların rolu ağciyərdən 
gələn havanın nəfəs borusuna keçməsinə imkan yaratmasın-
dan ibarətdir. Belə ki, ağciyərlər sıxılarkən hava axını bronxi-
ollardan bronxlara daxil olur və oradan nəfəs borusuna keçir. 
Göründüyü kimi, bu üzv hava axını yolunun müəyyən hissə-
sini, yəni nəfəs borusuna qədərki sahəni təşkil edir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin